Nuriyyə Əhmədovanın son vəsiyyəti -FOTOLAR

Müəllif: Redaktor

Editor

12077353_906983972728895_887802582_nBu gün səhər saatlarıdna vəfat edən xalq artisti Nuriyyə Əhmədova ilə vida mərasiminin harada keçiriləcəyi hələ ki, məlum deyil. Meyiti bacısının Mərdəkandakı evinə gətirilib.

“Qafqazinfo”nun əməkdaşları hazırda Mərdəkandadır. Aktrisa Nahidə Orucovanın sözlərinə görə, xalq artisti Şüvəlan kənd qəbiristanlığında oğlunun və qızının yanında dəfn olunacaq.

Qeyd edək ki, aktrisa Nahidə Orucovadan başqa heç bir mədəniyyət xadimi yasda iştirak etmir.

***

Qohumlarının sözlərinə görə, Mərdəkan Mədəniyyət Evinə vida mərasimi üçün müraciət etsələr də, müsbət cavab almayıblar. Mədəniyyət Evindən bildirilib ki, onlara bu barədə heç nə deyilməyib.

Yaxınları həmçinin qeyd edib ki, Nuriyyə Əhmədova saçlarını kəsdirəndə, darayanda bir torbaya yığırmış ki, öləndə balış düzəldib yanında basdırsınlar.

***

Nuriyyə Əhmədovanın son istəyi isə nəvəsi Faiqlə bağlı olub. O, hamıya Faiqi tapşırıb.

***

“Nuriyyə Əhmədova Mərdəkanda dəfn olunacaq”.

Bu barədə AzNews.az-a mərhumun yaxını, “Lider” telekanalının “Zarafatsız” şousunun aparıcısı Elşad Yusifov məlumat verib. O, bildirib ki, Nuriyyə Əhmədova oğlunun yanında dəfn olunacaq:

“Vəsiyyət edib, deyib ki, “məni oğlumun yanında dəfn edin”.

E.Yusifov onu da bildirib ki, dəfn bu gün saat 14-16 radələrində baş tutacaq.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir