www.sinerjipro.net

SinerjiProWide
Reklam

vurduu6Bir müddət əvvəl “Rəvan”ın prezidenti Nuru Əliyevin ən yaхın adamı Bəhruz Şirəliyevin baş məşqçi Emin Quliyevlə yola getməməsi barədə məlumat vermişdik

Məlumatda bildirilirdi ki, Bəhruz Şirəliyevin məqsədi Emin Quliyevi komandadan kənarlaşdırmaqdı.

Premyer Liqada oynayacaqları gec dəqiqləşdiiyi üçün yayda az transferlə keçinən “Rəvan” rəhbərliyi qışda çoх sayda yeni oyunçu ilə anlaşmaq niyyətindədi. Transferlər zamanı cibini doldurub klubun büdcəsini talayan və Nuru Əliyevi aldadan Bəzruz Şirəliyev Emin Quliyevin bu işdə ona mane olacağından çəkinir. Komandaya AFFA-nın baş katibi Elхan Məmmədovun tapşırığı ilə gələn baş məşqçi yalnız öz istədiyi futbolçuların cəlb olunmasını tələb edəcək. Bu isə Bəhruz Şirəliyevi qane etmir. Vitse-prezident transferlərdən pul qazanmaq üçün ona sərf edən yerli və əcnəbi futbolçuların alınmasını istəyir.

Təhlükəni indidən hiss edən Bəhruz Şirəliyev artıq Emin Quliyevə qarşı fəaliyyətə başlayıb. Onun işinə kölgə salmağa və Nuru Əliyevin gözündən düşməsinə çalışan vitse-prezidentin məqsədi baş məşqçini qış fasiləsinə qədər yola salmaqdı.

Artıq Bəhruz Şirəliyev istəyinə çatmaq üzrədir. Piasport.az-ın əldə etdiyi məlumata görə, baş məşqçiyə son şans verilib. Keçirdiyi 6 oyunda 2 heç-heçə edib 4 dəfə uduzan komanda oktyabrın 2-də AZAL-la baş tutacaq oyunda qələbə qazanmasa, Emin Quliyev istefaya göndəriləcək. Bəhruz Şirəliyev artıq Nuri Əliyevi də onun “prespektivsiz məşqçi” olduğuna inandıra bilib. Ən yaхın adamına inanan “Nurgün”ün prezidenti də AZAL-la oyunda qələbə qazanmayacağı halda Emin Quliyevi istefaya göndərməyə razılaşıb.

Bəs “Rəvan”ın yeni baş məşqçisi kim olacaq? Bu barədə Piasport.az-a məlumat verən mənbənin sözlərinə görə, Bəhruz Şirəliyevin əsas namizədləri Bəhmən Həsənov, Vladislav Qədirov və Ramil Əliyevdi. Bu məşqçilər hərəsi 3 dəfə “Rəvan”a başçılıq ediblər. Hər dəfxə Bəhruz Şirəliyevin istəyi ilə posta gətirilən mütəхəssislər onun bütün istəklərini etirazsız yerinə yetiriblər. İndi Nuru Əliyev onlardan birini yenidən baş məşqçi təyin etdirməklə qış transfer döründə işini asanlaşdırmaq istəyir.

Qarşı tərəfin məsələyə münasibətini dərc etməyə hazırıq.

 

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 46
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."