Bir neçə gün öncə böyük heyətlə Azərbaycana səfər edən İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyi (İSTAD) Beynəlxalq Mətbuat Mərkəzində  konfrans keçirib.

Yenicag.az xəbər verir ki, İSTAD başqanı Səfər Qaraqoyunlu bildirib ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM), Aşıq Şəmşir Mədəniyyət Ocağı və Azərbaycan Türk Evinin də dəstək verdiyi səfərin əsas məqsədi Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 99-cu ilində, 1918-ci ildə Azərbaycanda ermənilər tərəfindən törədilmiş soyqırım faktlarına bir daha diqqət çəkmək, hadisələrin baş verdiyi coğrafi ərazilərdə xatirə tədbirləri keçirtməkdir:


“Bu məqsədlə Gəncə, Şəki, Salyan, Quba və Bakı şəhərində müxtəlif tədbirlər keçirilib, Qubadakı soyqırım məzarlığı və Xatirə kompleksi ziyarət olunub. Sabah da Bakıda Şəhidlər Xiyabanı və Türk Şəhidliyi ziyarət olunacaq. Nuru Paşanın qəbrindən gətirilən torpaq Şəhidlər Xiyabanına səpiləcək”.

Səfər Qaraqoyunlu qeyd edib ki, qurtuluş savaşında Azərbaycan Anadolunun yanındaydı: “Türkiyə Cümhuriyyətinin təməli həm də Azərbaycanın əvəzsiz qardaş yardımlarıyla atıldı”.

Tədbirdə millət vəkili Hikmət Babaoğlu, ATEV başqanı Tənzilə Rüstəmxanlı, ATXƏM sədri İlham İsmayılov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Umud Rəhimoğu, Elçin Mirzəbəyli və digər ziyalılar iştirak ediblər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 895
Kateqoriyalar:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."