!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nüşabəyə doğum günündə 10 karatlıq üzük bağışladılar - FOTOLAR

!Reklam – Yazi

Bu günlərdə doğum gününü qeyd edən əməkdar artist Nüşabə Ələsgərli ən bahalı hədiyyəsini həyat yoldaşından alıb.

Yenicag.az-a açıqlama verən sənətçi yoldaşının bağışladığı brilliant qaşlı üzüyün onun üçün çox önəmli olduğunu bildirib:

“Doğum günümdə hədiyyələr çox oldu, amma ən dəyərli hədiyyəni həyat yoldaşım Rzadan aldım. O, zövqümə bələddir, bilir ki, zinət əşyalarını çox sevirəm. Həmişə məni sürprizlərlə sevindirir, budəfəki doğum günümdə də sürprizi gözəl bir üzük oldu. Qadın üçün sevdiyi insanın hədiyyəsindən gözəl nə ola bilər ki…”

Üzüyün qiymətinə gəlincə, müğənni onun çox baha olduğunu söyləsə də, qiymətini açıqlamadı:

“Olduqca bahalı üzükdür, dəyərini demək istəmirəm”.

N.Ələsgərli rəqəmlərin onun üçün əhəmyyət daşımadığını da deyib:

“Qadın o zaman gözəldir ki, sevdikləri yanındadır. Günü xoş keçir, içində hüzur var. O zaman heç yaşın üstünə yaş gəlməsinin də sənin üçün əhəmiyyəti olmayacaq. Biz istəsək də, istəməsək də yaş üstünə yaş gəlir. Amma rəqəmlər qadın gözəlliyi qarşısında acizdir”.

17

Cəvahir

www.yenicag.az

3666
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv