Nyu Yorkda Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd edilib

Müəllif: Redaktor

Editor

unnamed-4ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən bir sıra Azərbaycan və Türk diaspor təşkilatları Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyini və Türkiyənin Cümhuriyyətinin 93-cü ildönümünü qeyd edib.

Nyu York Azərbaycan Amerika Mədəniyyət Mərkəzinin təşkil etdiyi Azərbaycanın müstəqillik günü bayramında Nyu-Yorkda yaşayan azərbaycanlılar, türklər və digər türkdilli xalqların təmsilçiləri, iş adamları, ictimai xadimlər iştirak edib.

Tədbirdə çıxış edən təşkilatın sədri Zöhrə Şərifi Azərbaycanın müstəqillik tarixi haqqında məlumat verib, ölkəmizin bu 25 ildə keçdiyi inkişaf yolu, qısa vaxt ərzində bir çox sahələrdə, eləcə də diaspor sahəsində əldə etdiyi uğurlardan bəhs edib. Zöhrə Şərifi qeyd edib ki, cəmi 25 illik tarixə malik olan Azərbaycan diasporu Azərbaycanın tanıdılması istiqamətində böyük işlər görüb.

Nyu-York Azərbaycan Amerika Mədəniyyət Mərkəzi Türkiyə Respublikasının müstəqilliyinin 93-cü ildönümünə həsr olunmuş rəsmi mərasimdə də təmsil olunub. Dövlət rəsmiləri, diplomatik korpus və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Mərkəzin təhbəri Zöhrə Şərifi də çıxış edib.

Qeyd edək ki, 30 ildir Nyu-Yorkda yaşayan Zöhrə Şərifi Nyu-York Azərbaycan Amerika Mədəniyyət Mərkəzinin rəhbəri, eyni zamanda Türk Amerikan Dərnəkləri Federasiyasının vitse-prezidentidir.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır