!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“O bu meydanda da mənə rəqib ola bilməz!”

!Reklam – Yazi

adil_eert“İndi də düşüb saytlardan birinin üstünə ki, “necə olur Adil Əliyev virtual səsvermədə də məni geridə qoyur?”. Bəs necə olmalıdır? O qədər pəjmürdə olub ki, sayt rəhbərliyini saxtakarlıqda ittiham edir”. Bunu 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Adil Əliyev rəqibinin onun haqqında səsləndirdiyi fikirlərə cavabında deyib.

“Əziz seçicilərim, hər keçirdiyim mitinq və görüşdə Sizin sayınız durmadan artır. İnşallah, Sizin dəstəyiniz sayənizdə bir daha millət vəkili seçiləcəyimə tam əminəm. Özündən çox deyən rəqiblərimdən biri həmişəki kimi dairəni qoyub bir kənara bütün günü virtual aləmdə onu “like” edənlərin sayını hesablayır. İndi də düşüb saytlardan birinin üstünə ki, “necə olur Adil Əliyev virtual səsvermədə də məni geridə qoyur?” Bəs necə olmalıdır? O qədər pəjmürdə olub ki, sayt rəhbərliyini saxtakarlıqda ittiham edir. Mən nə həmin saytın rəhbərini tanıyıram, nə də rəqibimdən fərqli olaraq orda gedən səsverməni dəqiqə-dəqiqə izləyirəm. Ancaq ara-sıra saytdakı səsverməyə nəzər yetirdikdə görürəm ki, virtual səsvermədə də onu qabaqlayıram. Halbuki, yenə təkrar edirəm, virtual səsvermənin Nərimanov 20 saylı ikinci seçki dairəsinə heç bir aidiyyatı yoxdur. O anlamaq istəmir ki, bizi məntəqəyə gələn vətəndaş millət vəkili seçir, sosial şəbəklərdəki “like”ların sayı yox. Ancaq rəqibim əgər bu qədər “like” aludəçidirsə və bunsuz həyatını təsəvvür etmirsə, mən bu meydanda da onun dərsini verəcəm! Hər gün yazır ki, “ay camaat məni tıklayın”. Mən bir dəfə də tərəfdarlarıma belə müraciət ünvanlamamışam. Ancaq indi ki, belə oldu, tərəfdarlarımı sosial şəbəkələrdə fəal olmağa və mənə səs verməyə çağırıram! Görsün ki, o bu meydanda da mənə rəqib ola bilməz! Heç nə demirəm, onun statuslarındakı “like”ların sayına da baxın, mənimkilərə də. Rəqəmlər də onun əleyhinədir. Buna sözü nədir?”(modern).

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv