!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"O, icra başçısı təyin olunsa..." - Tağı Əhmədovun xanımı

!Reklam – Yazi

Bakı Metropoliteninin keçmiş sədri Tağı Əhmədovun icra başçısı təyin olunması haqqında mətbuatda məlumatlar yayılıb.

Yenicag.az xəbər verir ki, bu haqda məlumatı “Yeni Müsavat” yayıb. Qəzet bildirir ki, T. Əhmədov metropoliten rəisi postundan çıxarılandan sonra vəzifə almaq üçün çox səy göstərmişdi. Amma o, YAP-ın Yasamal təşkilatının sədri olmaqla kifayətlənib.

“Son vaxtlar isə onun Yasamal rayonunun icra başçısı olmaq üçün müxtəlif ünvanlara baş vurması haqda xəbərlər də gəlir” yazan qəzet qeyd edir ki, Əhmədovun həmin postu tutacağı inandırıcı deyil:

“Görünən odur ki, daha Tağı Əhmədova inanmırlar, onu heç yaxına belə buraxmaq istəmirlər. Bu günlərdə hakim partiyanın 25 illik yubileyi keçirildi, bir çoxları orden-medallarla təltif olundu. Hətta mükafatlandırılanlar sırasında kənd təsərrüfatı nazirinin keçmiş müavini, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanov da vardı. Tağı Əhmədov isə heç bir mükafata layiq görülmədi. İddia edilir ki, o, de-fakto YAP-ın “qara siyahı”sındadır. YAP-ın rayon təşkilatında saxlanılması isə sadəcə, özünün nəzarət altında olması, müxalif mövqeyə keçməməsi ilə əlaqələndirilir”.

Məsələ ilə bağlı olaraq, Bakı Metropoliteninin keçmiş sədri Tağı Əhmədovla əlaqə saxladıq. Telefona onun həyat yoldaşı Salatın Əhmədova cavab verdi. O, Yenicag.az-a açıqlamasında lakonik cavab verərək, yayılan məlumatların doğru olmadığını bildirdi:

“Kim deyir ki, o, icra başçısı təyin olunur? Danışılan hər sözə də inanmayın. Yayılan məlumatlar şayiədir. Məsələdən heç xəbərimiz yoxdur. İcra başçısı təyin olunsa, birinci biz bilərik. Sadəcə, onu deyə bilərəm ki, Tağı müəllim heç bir yerə icra başçısı təyin olunmur”.

Elvin Paşazadə

 

www.yenicag.az

4671
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv