“O ölkədə Türkiyəyə qarşı ikinci Kandıl qurulur” – Kəşfiyyat generalı açıqladı

Müəllif: Baş Redaktor

Baş Redaktor

 

lenin_marx_pkk_pyd_ypg_hy_comABŞ İŞİD bəhanəsi ilə Suriyada PKK-PYD hücrələrini öz qanadları altına alır. Yenicag.az xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin Kəşfiyyat İdarəsinin sabiq başçısı, general İsmayıl Hakkı Pekin söyləyib.

Onun sözlərinə görə, ABŞ-ın əsas məqsədi İŞİD-i bitirmək deyil, 1-ci Körfəz savaşından sonra İraqı böldüyü kimi Suriyanı da parçalamaqdır. “İkinci İsrail” adlandırılan Bərzaninin hökm sürdüyü bölgədən sonra bu plan hazırda Suriya ərazisində tətbiq olunmaqdadır.

General bildirib ki, “hazırda Suriyada PKK varlığı Türkiyədəkindən daha təhlükəli və gücldür. Hazırda PKK Suriyanın şimalına yerləşdirilir. Uzun müddətli bir plan qurulduğu ortadadır. Gələcəkdə Türkiyəyə PKK hücumu sadəcə İraqdan-Kandildən deyil, bizimlə daha geniş bir sərhədə malik PYD bölgəsindən də gözləməliyik. İşin təhlükəli tərəfi ondadır ki, PKK və PYD-nin yerləşdiyi bölgə ABŞ silahlı qüvvələri tərəfindən qorunur. Yəni, Amerikanın qanadları altında ikinci Kandil qurulmaqdadır”.

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır