!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“…o qədər “Jalə” şirəsi içirdək ki, partlasın”

!Reklam – Yazi

1440924902_1“Qəbələ”nin sabiq kapitanı, hazırda jurnalist Rasim Əliyevin qətlə yetirilməsi olayı ilə bağlı həbsdə olan Cavid Hüseynovun vəkili Adəm Məmmədovun ötən gün verdiyi açıqlama sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub.

Belə ki, vəkilin Rasim Əliyev haqqında “adi məişət zəminində baş verən hadisəni elə yayıblar ki, sanki Azərbaycanda tanınmış qələm sahibi qətlə yetirilib” fikri birmənalı qarşılanmayıb. Buna görə Adəm Məmmədovu kəskin tənqid edənlər var.

Adəm Məmmədov həmçinin onu da qeyd edib ki, ABŞ səfirliyi, Avropa Şurasının baş katibi Torbyorn Yaqland jurnalist Rasim Əliyevin ölümü ilə bağlı verdiyi bəyanata cavab olaraq müvafiq addımlar atılacaq. Avropa Şurasına, eyni zamanda bəzi səfirliklərə də bu müraciət göndəriləcək.

Arqument.Az mövzu ilə bağlı bir sıra siyasətçilərin və media nümayəndələrinin fikirlərini öyrəndib.

Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərli Arqument.Az-a açıqlamasında vəkilin bu yanaşmasını absurd sayır:

1440793904_1“Vəkilin dedikləri tam bir absurddur. İnsan həyatının önəmi onun sosial və siyasi mövqeyindən asılı deyil. Vəkilin belə yanaşması onun dayaz və dar dünyagörüşündən xəbər verir və Cavidi qorumaq məqsədi daşıyır”.

Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı isə vəkili qeyri-peşəkar adlandırıb:

1439669893_image“Mən o açıqlama ilə tanışam, çox absurd və qeyri peşakar açıqlamadı. Mən təəccüb etdim ki, o adam həqiqətənmi, hüquq təhsili alıb deyə… Vəkil adına da, insanlığa da utanc gətirən açıqlamadır. Bu nə deməkdir? O zaman heç tanınmayanları bir yerə toplayıb güllələnmə versinlərmi demək istəyir o vəkil? Eyib, çox eyib. Rasimin tanınmasına gəldikdə, ictimai siyasi proseslərə yaxından maraqlananlar Rasimi yaxşı tanıyırdılar. Rasim özünü reklam etmədən baş verənləri video və fotonun yaddaşına qeyd edirdi. Onun xeyli belə əhəmiyyətli işlərini mətbuatdan izləmişik”.

D18 Hərəkatının başqanı Ruslan İzzətli isə hesab edir ki, ortada cinayət faktı var və məhkəmə obyektiv qərar verməlidir:

1438199728_image

“Cavid Hüseynovun vəkilinin bu cür məsuliyyətsiz açıqlaması, təəssüf ki, ilk deyil. Ortada bir cinayət hadisəsi var. Cinayəti törədənin və cinayətə məruz qalanın statusundan və kimliyindən asılı olmayaraq, məhkəmə obyektiv qərar verməlidir. Adəm Məmmədov da bir vəkil kimi çıxışlarında məsuliyyətli olmalıdır. Ən azı açıqlaması müdafiə etdiyi şəxsin nüfuzun daha da aşağı salır. Rasim Əliyevin statusuna gəldikdə isə, Rasim bəy bu ölkədə bir çox jurnalistin yaza bilmədiyin çəkirdi və yayırdı. Həm də jurnalistlərin hüququn qoruyan RATİ kimi bir qurumda təmsil olunurdu”.

Qaynar.info xəbər portalının rəhbəri Zahir Əzəmət isə vəkilin bu açıqlamasına sərt cavab verdi:

1439903893_1“Cavid Huseynovun vəkili tanınmayan şəxsdir, bəlkə, onu öldürək? Ya o qədər “Jalə” şirəsi içirdək ki, partlasın. Əslində, buna da ehtiyac yoxdur. Belə torbalar uzaqdan iyindən bəlli”.

 

 

 

 

Ölkə.Az saytının rəhbəri Məmməd Gülməmmədov sözlərinə görə vəkilin bu açıqlaması istintaq dövründə məhz onun müdafiə etdiyi şəxsin əleyhinə işləyir:

11910728_950631748332017_906510307_n

Cavid Hüseynovun vəkilinin belə bir uğursuz açıqlaması onu göstərir ki, artıq qorumalı olduğu şəxsin istintaq dövrü onların əleyhinə işləyib. Çünki ortada ölüm hadisəsi var və ölümündən bir gün öncə mərhum jurnalistin açıqlaması, ölüm hadisəsində iştirak edən şəxsin Cavid Hüseynova yaxın qohumluq əlaqəsi – bunların hamısı artıq cinayəti törədənin və sifarışçinin kimliyini ortaya qoyur. Vəkilin isə bu açıqlaması onun savad kasadlığının olduğunu göstərir. Bu nə deməkdir ki, filankəs tanınmış deyil. Tanınmış deyilsə, demək, cibində pulu olanlar gedib onu döyə, öldürə bilər? Dövlət başçısının bu məsələni nəzarətinə götürməsi bizi əmin edir ki, cinayətkarlar öz layiqli cəzalarını alacaqlar”.

Araşdırmaçı jurnalist Əfqan Muxtarlı hesab edir ki, vəkilin bu açıqlaması antiinsanidir:

11911660_950631434998715_574062518_n

“Vəkilin acıqlaması qanunlara zidd olmaqla yanaşı həmdə antiinsanidir. Bir insan acıq cinayətin qurbanı olub həyatını itirib. Görünür, vəkil Kəmaləddin Heydərovdan aldığı qanorar hesabına insanlıq hisslərindən imtina edib. Bu həm də Azərbaycanda zorakı idarəetmə metodunun təzahüri kimi də dəyərləndirilə bilər. Polis, prokurorluq və hakimiyyətdən asılı vəziyyətdə olan vəkilər hesab edirlər ki, yalnız tanınmış, hakimiyyətdə təmsil olunan və hakimiyyət tərəfindən himayə olunan adamların hüuquqları var. Digərlərini, xüsusən müstəqil düşünən, müxalifətdə olanları isə öldürmək də olar”.

“Yeni çağ” saytının baş redaktoru Aqil Ələsgər vəkilin bu ifadəsini “ayı xidməti” hesab edib:

11923320_950657584996100_1342098788_n

“Məncə, belə vəkili və dostları olduqdan sonra Cavidə düşmən lazım deyil. Vəkilin açıqlaması konkret “ayı xidməti”dir. Әlbəttə, Rasim həyatını dəyişdiyi üçün bu bizə toxundu və bu səbəbdən Cavidi içəriyə qoymağa məcbur qaldılar. Ancaq Cavidə qədər qolu və ayağı güclü olan “idman terroru” o qədər insanın qanına girib ki, şeytana vəkillik edənlərə bu etirazlar qəribə gəlir. Hələ də anlamaqda çətinlik çəkirlər ki, bir reportyorun ölümü niyə “şişdi””.

 

 

www.yenicag.az

945
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv