www.sinerjipro.net

SinerjiProWide
Reklam

38401BŞ prezidenti Barak Obama 17 günlük məzuniyyətə gedib.

ABŞ lideri istirahətini Massaçusets ştatındakı Martas-Vinyard kurortunda (Atlantik okeanında ada) keçirəcək.

Ağ Ev başçısı məzuniyyətə xanımı və kiçik qızı ilə gedib. Onları prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Rays və Ağ Evin böyük müşaviri Valeri Carrett müşayiət edir.

Prezident ailəsi 12 milyon dollar dəyəri olan 7 yataq otaqlı, 4 hektar ərazidə yerləşmiş villada yaşayacaq.

Qeyd edək ki, Obamanın 17 günlük istirahəti orta statistik amerikalının məzuniyyətindən 4 dəfə uzundur.

Qanunlara görə, işləyən ABŞ vətəndaşı ildə 16 ödəncli iş günü istirahət hüququna malikdir. Bununla belə, sorğulara əsasən, yalnız 25% vətəndaş bu hüquqdan istifadə edir. Yerdə qalanların məzuniyyəti isə cəmi 4 gün çəkir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 48
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."