Obama: “Biz çox sərt addımlar atırıq”

Obama: “Biz çox sərt addımlar atırıq”

Müəllif: Baş Redaktor

Baş Redaktor

13978ABŞ prezidenti NATO və Rusiya arasındakı son prosesləri müzakirə edib…

“Rusiya və NATO arasında müharibə olmayacaq”.

Bu sözləri ABŞ prezidenti Barak Obama deyib. O, NATO və Rusiya arasındakı son prosesləri müzakirə edib: “Mən inanmıram ki, Rusiya və NATO arasında qarşıdurma olacaq”.

ABŞ prezidenti əlavə edib ki, Vaşinqton böyük səylə Şərqi Avropada müttəfiqlər arasında münasibətlərin nizama salınması üzərində işləyir.

Obama, Rusiyanın Ukrayna böhranı çərçivəsində lazımi tərəfə addım atacağını da istisna etməyib. ABŞ prezidenti bununla yanaşı, Rusiyanın Ukraynaya qarşı hərəkətlərini kəskin tənqid edib.

Barak Obama həmçinin qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar artıq onun iqtisadiyyatına təsir edir: “Bu vəziyyət Rusiyanın gələcəyi üçün çox pisdir. Moskva beynəlxalq normalara riayət etməlidir. Biz qarşıdurmalar yaratmaq niyyətində deyilik. Amma söhbət prinsiplərdən gedəndə biz çox sərt addımlar atırıq”.

Dünya, Manşet

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti