!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Obama həyat yoldaşımın çox xoşuna gəldi” – Tramp

!Reklam – Yazi

105247ABŞ-da Donald Trampın prezident seçilməsi ilə bağlı etirazlar davam edir.

Oreqan ştatının Portlend şəhərində etirazlar iğtişaşlarla qeydə alınıb.

Polislər bildiriblər ki, nümayişçilər tikinti daşları ilə silahlanıblar. Etirazçılara müraciət edən polis artıq bu toplaşmanın qanunsuz olduğunu elan edib.

Donald Tramp isə seçkinin nəticələrinə edilən etirazlara tvitter hesabında reaksiya verib: “Çox açıq və uğurlu prezident seçkiləri baş tutdu. İndi media tərəfindən təhrik olunmuş peşəkar nümayişçilər etiraz edirlər. Çox ədalətsizdir”.

Tramp prezident Obama ilə görüşünü də şərh edib: “Vaşinqtonda möhtəşəm gün. İlk dəfə prezident Obama ilə görüşdüm. Xanım Obama Melaniyanın çox xoşuna gəldi”.(Qafqazinfo)

www.yenicag.az

457
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv