Obama müsəlmanları təbrik etdi

Müəllif: Redaktor

Editor

obama tebrik etdiABŞ prezidenti Barak Obama müsəlmanları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Obama bayram təbrikində ramazanın müsəlmanlar üçün ruhən yenilənmə və yoxsullara yardım ayı olduğunu söyləyib. O, ABŞ-da Ramazan bayramının keçirilməsini ölkənin fərqli mədəniyyətlərini xatırlamaq baxımından əhəmiyyətli hesab edib.

“Ramazan ayı ərzində günahsız insanlar həyatını itirdi. Dünyanın müxtəlif bölgələrində zorakılıq hadisələrinin şahid olduq. Bu ay boyunca Orlandoda, İstanbulda, Bağdadda, Mədinədə və digər şəhərlərdə yüzlərlə günahsız insan öldürüldü.

Dünyada müsəlmanlara qarşı hücumların artdığını görürük. Kimsə ibadətgahda özünü təhlükə içində hiss etməməlidir. Bir çox Amerikalı ramazan boyunca içində yaşadığı cəmiyyətdə müsəlmanlara yardım etmiş, hətta bu dindən olan qonşuları ilə birlikdə oruc tutmuşdur. Nifrətə qarşı Amerikalı dəyərlərimiz bizi bir araya gətirəcək və birlik içində olaraq bir-birimizi qoruyacağıq”,- deyə Barak Obama təbrik məktubunda vurğulayıb.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır