!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Odlar Yurdu” Gənclər İB yeni idarə heyəti ilə fəaliyyətini davam etdirir

!Reklam – Yazi

Birliyin növbəti idarə heyəti seçkiləri yekunlaşıb.

“Odlar Yurdu” Gənclər İctimai Birliyi fəaliyyətinin 5-ci ilini tamamlamaq üzrədir. Birliyin növbəti, 3-cü dəfə idarə heyyəti formalaşdırılıb. Birliyin yeni idarə heyyəti aşağıdakı tərkibdən ibarətdir.

Belə ki, Ələsgərova Nigar (“Odlar Yurdu” Gənclər İctimai Birliyi – təsisçi/sədr), Allahverdili Toğrul (“Azərbaycan – Türkiyə evi” – İcraçı direktor), Cəfərov Ramin (“Zəka” Gənclərin İntellektual İnkişaf və yaradıcılıq Mərkəzi – direktor) , Əhmədov Araz (İnternat Məzunlarının Sosial İnteqrasiya İctimai Birliyi – sədr), , Piriyev Aydın (“Azərbaycan” İntellektual oyunlar klubu – prezident), Səfərli Əfqan (“Çağdaş İntibah” Gənc Maarifçilər İctimai Birliyi – sədr müavini) və Abdullazadə Qulu (Odlar Yurdu Gənclər İB) İdarə Heyətinə üzv seçilib.
Bundan əlavə Birliyin növbəti 2 il müddətinə Nəzarət Təftiş Komisiyasının da yeni tərkibi seçilib. Nəzarət Təftiş Komisiyasında Qurbanzadə Sadiq ,Abışova Gülnar, Cəfərov Əmrah, Ələsgərov İsa, Əliyev Fəxrəddin, , Qafarova Səlbinaz, Şəkiliyeva Aygün yer alıb.
“Odlar Yurdu” Gənclər İctimai Birliyində 2017-2019 – cu illər üçün Azərbaycan Dövlət Gənclər Siyasətini dəstəkləyən fəaliyyət strategiyası qəbul edilib.
Məlumat üçün bildirək ki, “Odlar Yurdu” Gənclər İctimai Birliyi son dövrlərdə Azərbaycan Respublikasında müşahidə olunan ictimai prosesləri, dövlətin gənclər siyasətinin əhəmiyyətini və bu siyasətin gənclərin inkişafı üçün yaratdığı real imkanları, gənclər təşkilatlarının respublikanın ictimai-siyasi həyatında fəal iştirakını, həmçinin Gəncə şəhərinin 2012-ci ilin “Gənclər paytaxtı” seçilməsini nəzərə alaraq 15 iyun 2012-ci il tarixdə bir qrup gənc tərəfindən təsis edilmiş, 13 iyul 2012-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Qeyd edək ki, Birliyin bundan əvvəlki İdarə Heyətinin üzvlərinin sayı 5 nəfərdən ibarət olub və birliyə Nigar Ələsgərova sədrlik edib.

Yenicag.az

www.yenicag.az

832
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv