!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Oğlu həbsdən çıxan Rəhman Rəhmanov kövrəldi: “Qəfildən qapını açıb, içəri girəndə…”  

!Reklam – Yazi

Tanınmış aktyor Rəhman Rəhmanovun həbsdə olan oğlu Emil Rəhmanov azadlığa buraxılıb.

Yenicag.az-a açıqlama verən aktyor sevincinin həddi-hüdudu olmadığını deyib:

“Ata üçün bundan böyük sevinc ola bilməz. Gecə qapı açıldı, oğlum qəfildən içəri girəndə gözlərimə inanmadım. Çünki yanvarda azad olunmalıydı. O hissləri təsəvvür etmək çox çətindir. Gözlərim doldu. Əslində oğlum bu dəfə heç nədən tutulmuşdu. İçkili vəziyyətdə davaya düşmüşdü. Şükür Allaha, indi azadlıqdadır. İlk olaraq məni görməyə gəldi, sonra da anasıgillə görüşməyə getdi. Mənə söz verdi ki, ata, bir də sənin başını aşağı etməyəcəm. Ona inanıram. Başı daşdan-daşa dəyib. İstəyirəm oğlum sənətinin dalınca getsin, çünki çox istedadlıdır”.

Cəvahir

www.yenicag.az

7548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv