Yazı İçi 468×60

yasharezimov1Xırdalan şəhəri, Qəşəm Aslanov küçəsi ev B 22 ünvanda yaşayan 39 yaşlı Yaşar Əzimov qan xərçəgi xəstəliyindən əziyyət çəkir.

Y.Əzimovun anası Nuriyyə Əzimova AzNews.az-a açıqlamasında bildirib ki, oğlunun yaşaması üçün ona təcili ilik köçürülməlidir: “5 ay idi ki, halsız görünürdü. Türkiyədə müayinə etdirdik. Məlum oldu ki, qan xərçəngidir. Ona təcili ilik köçürülməlidir”.

N.Əzimovanın sözlərinə görə, həkimlər xəstənin Türkiyədə, Almaniyada müalicə olunmasını məsləhət görüb: “Amma bizim buna imkanımız yoxdur. Hazırda Bakıda xəstəxanaların birində müalicə olunur. Artıq 3-cü kursdur ki, müalicə davam etdirilir. Bizim ona ilik köçürməyə imkanımız yoxdur”.

N.Əzimova bildirib ki, oğlunun müalicəsi üçün 100-150 min manat pul tələb olunur: “Mənə kömək edin, balamı xərçəngin əlindən alaq. Ailəmdə heç kim işləmir. Evə girən yeganə pul mənim pensiyamdır”.

Yaşar Əzimovun bank hesabı:

 

Əlaqə telefonları: (012) 342 32 54, (012) 342 32 63

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."