!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oğlunun başı kəsilən ana fəryad etdi: “Dünən balamla axırıncı dəfə danışdıq”

!Reklam – Yazi

ushaqqq1Bu gün azyaşlı oğlu həyat yoldaşı tərəfindən qətlə yetirilən Mahirə Abışova hadisə ilə bağlı bəzi məqamları açıqlayıb.

AzNews.az-a açıqlama verən M.Abışova Z.İsgəndərovun içki aludəçisi olduğunu dilə gətirib: “8 il idi ailəli idik. Həmişə dalaşırdıq. Məni döyürdü, təhqir edirdi. Mən də məcburiyyət qarşısında qalıb atamın evinə qayıdırdım. Mənlə dalaşırdı. Amma ayrılmırdım. Deyirdim ailədir də, yaxşı olar, düzələr. Amma axır vaxtlara mənlə çox tutuşmuşdu. İçkili gəlirdi, məni döyürdü”.

M.Abışovanın sözlərinə görə, həyat yoldaşı Ümidi oğurlayıbmış: “Son davamızda qayıtdım, atamın evinə gəldim. Gəldi orada da döydü məni. Uşaqları oğurladı. Balaca uşağı saxlaya bilmədiyi üçün geri qaytardı. Amma Ümidi özündə saxladı. Tüfeyli həyat sürürdü. Nəticədə də balama qıydı. Neçə dəfə götürməyə getdik, amma dalaşdı, qaytarmadı. Dünən axırıncı dəfə oğlumla danışdım. Saat 6 olardı. Ondan sonra danışmamışıq.

İndi o qatili gətirsinlər, hamımızın gözünün önündə başını kəssinlər. Bəlkə onda ürəyimiz soyuyar”.

Onu da bildirək ki, M.Abışova Z.İsgəndərovun ikinci həyat yoldaşıdır. Onun bundan əvvəlki həyat yoldaşından 2 övladı var imiş. Boşandıqdan sonra məhkəmə uşaqların anasında qalması ilə bağlı qərar qəbul edib.

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv