Yazı İçi 468×60

88627Xəzər rayonunda oğurluq, quldurluq soyğunculuqla məşğul olan 6 nəfərdən ibarət dəstəni zərəsizləşdirilib. Saxlanılan şəxslər Bakı şəhər sakinləri Əsgərov Əsgər Əflatun oğlu, Babaşov Fariz Mahir oğlu, Bağırov Hatəm Zakir oğlu, Məmmədli Yəhya Novruz oğlu, Məmmədli Amil Novruz oğlu və Xanlar Kərimovdur.

Yenicag.az qafqazinfo-ya istinad edərək bildirir ki, Qala qəsəbəsinin sakini Rüstəmova Aynur Balakişi qızı polisə müraciət edərək maskalı şəxslərin evinə basqın etdiyi bildirib. Qəsəbə sakinlərinə sələmə pul verdiyi bildirilən Aynur Rüstəmova qeyd edib ki, günorta saatlarında evinə basqın edən şəxslər istədikləri pulu tapa bilməyiblər.

Saxlanılan Fariz Babaşov deyib ki, evdən cəmi 150 manat pul tapıblar:

“Nə puldur ki, bölək. Yemək-içməyə xərclədik”.

Dəstənin başçısı olduğu bildirilən Fariz Babaşovun 19 yaşı var. O, oğurluq yolu ilə əldə olunmuş pulların bölgüsünə nəzarət edirmiş.

Dəstənin digər cinayətlər törətməsi stisna olunmur. Faktla bağlı cinayət işi başlanıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."