wew36Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Hadisə bu gün axşam saatlarında Göyçayın Bəydövül kəndində qeydə alınıb. Kənd sakini, 1947-ci il təvəllüdlü Xudiyev Əli Əlibala oğlu yaşadığı evin həyətində kəsilərək yerə yıxılan qovaq ağacının altında qalaraq ölüb

İri gövdəli ağac Əli Xudiyevin oğlu və qonşuların birgə iştirakı ilə kəsilib. Onlar 69 yaşlı kişinin bağda gəzişərək kəsilən ağaca yaxınlaşmasından xəbərsiz olublar və qəflətən yıxılan ağac bədbəxt hadisəyə səbə olub.

Mərhumun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."