www.sinerjipro.net

SinerjiProWide
Reklam

38225Oğuzda iki övlad atası özünü güllələyərək intihar edib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə avqustun 4-ü səhər saatlarında rayonun Baş Daşağıl kəndində qeydə alınıb. Rayonun Baş Daşağıl kənd sakini, 1968-ci il təvəllüdlü Məmməd Nurəli oğlu Rəsulov hələ ki istintaqa məlum olmayan səbəbdən yaşadığı ünvanda təklülə ov tüfəngini çənəsinin altına dirəyərək atəş açmaqla intihar edib. Aldığı güllə yarasından ağır vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 47 yaşlı Məmməd Rəsulovun həyatını xilas etmək mümkün olmayıb.

Məmməd Rəsulov xəstəxanada keçinib. Məlumatda bildirilir ki, mərhum evli və iki övlad atası olub.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 12
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."