Yazı İçi 468×60

ermeni generallar 27“Ermənistanın Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahında araşdırmalar aparılır”.

Bunu Ermənistan Milli Məclisinin müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə daimi komisiyyasının sədri Koryun Naapetyan deyib.

Onun fikrincə araşdırmalardan sonra başqa vəzifəlilərin də məsuliyyətə cəlb edilməsi və istefası istisna edilmir: “Bir sıra yüksək rütbəli hərbçilər məsuliyyətsizlik ediblər. Fikrimcə, təhlil aparıldıqdan sonra müvafiq qərar qəbul ediləcək”.

“Ötən gün vəzifələrindən azad edilən 3 generalla bağlı cinayət işi açılıbmı” sualına Koryun Naapetyan “hələlik cinayət işi açılmayıb”-deyə cavab verib.

Qeyd edək ki, aprelin 26-da Ermənistan prezidenti Serj Sarkisyanın fərmanına əsasən Ermənistan ordusunun üç generalı tutduğu vəzifədən kənarlaşdırılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 41
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."