Ölənlərin sayı 9-a çatdı

Ölənlərin sayı 9-a çatdı

Müəllif: Baş Redaktor

Baş Redaktor

af02ecf178fe9b826d7a2aace2c521b6Bakı-Şamaxı-Yevlax avtomobil yolunda baş verən yol qəzasında ölənlərin sayı 9-a çatıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasetmə qrupunun üzvləri xüsusi kəsici alətlərdən istifadə edərək deformasiyaya uğramış maşınlardan hələ ki, şəxsiyyəti məlum olmayan 3 qadın və bir kişinin meyitini çıxarıblar.

Hadisə zamanı ağır yaralanan 6 şəxs Ağsu və Göyçay xəstəxanalarına aparılıb. Sonradan yaralılardan 5 nəfəri də dünyasını dəyişib. Hazırda ölən şəxslərdən 6-nın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsində, 3-nün meyiti isə Göyçay rayon şöbəsindədir.

Bir nəfər yaralı isə ağır vəziyyətdə Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti