!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Ola bilər ki, indiyə kimi Səidə Sultanın qarşısına yaxşı jurnalist çıxmayıb” - Müğənnilər niyə tez-tez medianı təhqir edir?  

!Reklam – Yazi

Təəssüf ki, nə qədər arzuolunmaz olsa da, təhqir artıq bəzi insanların daxili dünyasına xas xüsusiyyətlərdən birinə çevrilib. Cəmiyyətdə isə ən çox təhqir etməklə və münaqişəli qalmaqallarla özlərini gündəmdə saxlamağı bacaranlar müğənnilərdir. Həmin müğənnilərimizdən biri də Səidə Sultandır. 

Səsi ilə istədiyini əldə edə bilməyən müğənni Səsidə Sultan şəxsi “İnstagram” səhifəsində, “Mən Həcərəm, Nigaram! Torpağım, millətim üçün canımı verməyə hazıram. Buna gücüm, özgüvənim, qeyrətim çatır. Qeyrətsiz sizsiniz ki, gücünüz müğənnilərə çatır, ağzınıza gələni yazırsız”, deyə status paylaşıb.

Maraqlıdır, müğənni xanımın təhqir dolu yazdığı status cəmiyyətimiz tərəfindən necə qarşılanacaq?

Yeniçağ.az media mənsublarının müğənni Səidə Sultanın yazdığı təhqir dolu statusla bağlı müxtəlif fikirlərini təqdim edir:

məhəmmədəli qəribli

Azinforum.az saytının rəhbəri Məhəmmədəli Qəribli bildirdi ki, bu mövzuya sırf bir müğəninin media mənsublarına bəslədiyi münasibət kontekstdən yanaşmaq olmaz:

“Jurnalistikada olduğu kimi, şou biznes məkanında da təsadüfi adamlar az deyil. Əksər hallarda bu iki kateqoriyadan olan adamların bir-biriləri ilə təması, qarşılıqlı münasibəti qısa qapanma effekti verir. Bir faktı da etiraf edək ki, bizdəki şou-biznes yazarlarının əksəriyyəti professional jurnalist deyil. Bu səbəbdən də onlar yalnız qalmaqal yaratmağa meyilli olur. Müğəninin şəxsi həyatına, qarderobuna, kiminlə yatıb- durduğuna aid məsələləri KİV-lərin baş mövzusuna çevirirlər. Təbiidir ki, bu da qarşı tərəfin haqlı qıcıqlanmasına səbəb olur. Məsələyə tam obyektiv yanaşıram ki, bizi tərəfkeşlikdə, yalnız həmkarlarımızı müdafiə etməkdə qərəzli bilməsinlər. Amma vəziyyətin belə müstəviyə qədəm qoymasında müğənillərin də günahı az deyil. Sənətdəki qabiliyyətilə heç kimi təəccübləndirə bilməyən bəzi müğənnilər yersiz qalmaqal yaratmaqla gündəmdə qalmağa çalışırlar. Gəlin, müğənillərlə bağlı, ictimailəşdirilən qalmaqallı mövzularla bağlı bir monitorinq aparaq. Məlum olacaq ki, burada jurnalist-müğənni toqquşmasına, müğənillərin öz aralarında olan söyüşmədən daha az rast gəlinir. Müğənillərin əksəriyyətinin fundamental savadı yoxdur. Onların çoxunun keçdiyi karyera yolu standartdı. Əlinə mikrafonu alıb oxuyub, sonra hansısa sponsor, varlı kişi onu maliyyələşdirib və bunun sahəsində reklam olunub. Sonra toylara dəvət alıb bunun nəticəsində də çoxlu pul qazanıb. Səviyyəsi aşağı olan adamın birdən birə çox pul əldə etməsi onda başgicəllənmə verməyə başlayır və həmin adam insanlara yuxarıdan aşağıya baxmağa başlayır. Belə kateqoriyadan olan müğənilərin gözlərinin bir nömrəli düşməni jurnalistlər olur. Onların dayaz düşüncəsinə görə, jurnalist yalnız onları reklam etməyə borcludur, tənqid etmək olmaz. Mən konkret sual verdiyiniz Səidə Sultan adlı müğənini tanımıram. Bu səbəbdən onunla bağlı yaranan qalmaqalı izləməmişəm. Ancaq hesab edirəm ki, o, həqiqətən həmin fikrləri işlətməklə böyük yalnışlığa yol verib. Çünki Azərbaycan jurnalistikası çox böyük inkişaf yolu keçib. Bizim dəyərli həmkarlarımız hazırda düşmən ölkə ilə ciddi informasiya savaşı aparır və bu sahədə onları geridə qoyur. Bizim hədəfimiz heç vaxt yalnız müğənillər ola bilməz. İfadələri işlədəndə bir qədər korrekt olmalı və ünvanlı danışmaq lazımdı. Ola bilər ki, indiyə kimi Səidə Sultanın qarşısına yaxşı jurnalist çıxmayıb və bu səbəbdən də, onun media ilə bağlı təsəvvürləri dayazdı. Böyük məmnuniyyətlə onunla bu mövzunu müzakirə edə bilərəm”.

APA TV-nin jurnalisti İlham Tumas Səidə Sultanın açıqlamasını oxumadığı söylədi:

“Ancaq kimsə kimliyindən asılı olmayaraq “mən Həcərəm, Nigaram! Torpağım, millətim üçün canımı verməyə hazıram. Buna gücüm, özgüvənim, qeyrətim çatır” deyirsə, bu alqışlanmalıdı məncə… O ki qaldı ikinci hissəyə düşünürəm, belə deyibsə, bu fikirlərin bütün mətbuata aidliyi yoxdur. Yəqin ki, müğənni ünvanlı olaraq hansısa media qurumuna nəsə demək istəyib”.

Manera.az-ın redaktoru Tural İsmayılov “bu xanımın açıqlamalarını hansı kontekstdə verdiyini bilmirəm”, – dedi: “Müğənnilərlə intellektual jurnalistika arasında dərin uçurumlar var. Çünki həm təfəkkürə önəm verən media nümayəndələri olaraq bizlər müğənnilərdən tələb etdiklərimizi düşünmürük, həm də müğənnilərin bir çoxu bizlərdə qıcıq yaradır. Sənət əhli intellektli olmaya da bilər, amma davranışları, danışığı, etdikləri elə olmalıdır ki, insanlarda aqressiya yaratmasın. Amma bütünlükdə ictimai səviyyədə müğənni və jurnalistlər arasında belə konfliktlərin olması xoş deyil”.

Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət söylədi ki, adımızı media qoymuşuq, gücümüz Hafiz Haciyevlərə, Araz Əlizadələrə, ən yaxşı halda Əhəd Abıyevlərə çatır:

“Bütün günü dəyəri 3 manat olmayan şou müğənnilərin soyunmasından tutmuş, tualetinə təzə kafel vurmasına qədər xəbər çevirib- onları günün qəhrmanına çevirən bizik də- rus mətbuatı deyil ki”.

AFN.az-ın baş reaktoru Səbuhi Qafarov qeyd etdi ki, hər birimiz haqqımızda yazılan təhqirlərə, şərəf və ləyaqəti alçaldılacaq yazılara münasibət bildirmək hüququna malik bərabər hüquqlu vətəndaşlarıq: “Eləcə də Səidə Sultan. Aqressiyası anlaşılandı. Amma ümumilikdə sizinlə razıyam ki, bəzi müğənnilər, sənət adamları daşıdıqları missiyanı çox vaxt unudurlar, müsbət yox mənfi örnək olurlar. Təəssüf edirəm ki, bunlar arsında həttə fəxri adlar alanlar da var. Hansı ki, onlar üzərindəki məsuluyyət ikiqat artıqdı. Onları sevən xalq və əməyini dəyərləndirən dövlət anlayışını nədənsə arxa plana keçirirlər. Öz ambisiyalarını, aqrsssiyalarını öndə tuturlar. Belələrinə münasibətdə görünür daha diqqətli olmaq olmaq lazımdı. Həm xalq, həm də dövlət olaraq”.

Kulis.az saytının redaktoru Şərif Ağayarın fikrincə, təhqir qəbul olunmazdır:

“Təhqir heç bir halda olmaz.  Ancaq Həcər Nigar milli obrazlardır. Hər kəs özünü oxşada bilər”.

Gülnarə Eynullaqızı

Yeniçağ.az

www.yenicag.az

937
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv