Öldürülən direktorun oğlu: “Hadisəni törədən, …”

Müəllif: Redaktor

Editor

5160780725b4460c0b6689f8bfd8fb1dTaxıl Kombinatının direktoru Qalib Bağırov yaşadığı bağ evində öldürülüb.

Bu barədə açıqlamasında mərhumun oğlu Pənah Bağırov bildirib.

O qeyd edib ki, atası evdə tək yaşayıb: “Atam bağ evində tək yaşayırdı. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyini bilmirik. şəxslər evin altını-üstünə çeviriblər. Hazırda evdə polis və prokurorluq əməkdaşları araşdırma aparır. Evə heç bizi də buraxmırlar. Polis əməkdaşları mənim də izahatım alıb. Ümid edirik ki, qətli törədən şəxslər tezliklə tapılacaq”.

Qeyd edək ki, hadisə bu gün Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı evdə qətlə yetirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.(APA)


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir