Öldürülən jurnalistin atası: “Barışıq mümkün deyil”

Müəllif: Redaktor

Editor

timthumb (1)“Cavid Hüseynovun ailəsi ilə barışıq mümkün deyil”.

Bunu açıqlamasında döyülərək öldürülən jurnalist Rasim Əliyevin atası Məmmədəli Əliyev dedi.

Məmmədəli Əliyev bildirdi ki, “Qəbələ” futbol klubunun hazırda həbsdə olan kapitanı Cavid Hüseynovun ailə üzvləri onlarla barışmaq istəyib: “Cavid Hüseynovun ailəsindən birbaşa bizimlə danışan olmayıb. Cəbrayıldan olan qohumlar, yaxınlar vasitəsi ilə bizə belə bir xəbər çatıb ki, barışmaq istəyirlər. Amma biz qəbul etməmişik. Barışıq mümkün olmayacaq bir şeydir”.

Rasim Əliyevin atası günahkarların cəzalandırılmasını tələb etdilkərini qeyd etdi.

Həkimlərlə bağlı heç bir tədbir görülmədiyini də deyən M.Əliyev həkimlərin işini araşdırmaq üçün Səhiyyə Nazirliyi tərəfindən komissiyanın yaradıldığını bildirdi: “İşi araşdıran müstəntiq bizə bildirdi ki, baş prokuror tərəfindən Səhiyyə Nazirliyinə müraciət olunub. Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb, həkimlər haqda rəy verilməlidir. Bundan sonra həkimlərin günahının olub-olmaması araşdırılacaq və tədbir görüləcək”.

Qeyd edək ki, Rasim Əliyev avqustun 8-i bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülmüş, 1 gün sonra xəstəxanada vəfat etmişdi.

Qətl hadisəsi ilə bağlı saxlanılan 6 nəfər arasında futbolçu Cavid Hüseynov da var(musavat).


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir