!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Olimpiadadan sonra baş məşqçi qovuldu, milli komanda dağıldı – RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi

mesqciAzərbaycanın boks üzrə milli komandası Rioda keçirilən Olimpiya oyunlarından sonra hələ də toplaşa bilməyib.

Yeniçağ.Az-ın əldə etdiyi məlumata görə, milli komandamız nə təlim-məşq toplantılarına gedir, nə də baş məşqçisi var. Belə ki, baş məşqçi Pedro Roke boksçularımızın Olimpiya oyunlarındakı çıxışına görə, vəzifəsindən uzaqlaşdırlıb.

Məsələ ilə bağlı Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Ramiz Mirzəzadə ilə əlaə saxladıq. Federasiya rəsmisi Yeniçağ.az-a açıqlamasında məşqçinin göndərilməsi xəbərini təsdiqlədi:

“Yeni məşqçi bir neçə günə Azərbaycanda olacaq. Düzdür, hələ də milli komanda toplaşmayıb. Ancaq onlar fərdi şəkildə məşqlərini davam etdirirlər. Yeni baş məşqçi gəldikdən sonra millini toplayacaq”.

R.Mirzəzadə boksçuların artıq 6 aydır ki, maaş üzünə həsrət qalması məsələsinə də toxunub. O bildirib ki, pulların alınması ilə bağlı məsələ yalandır.

Aygün İlqarqızı
Yeniçağ.Az

www.yenicag.az

591
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv