!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Olimpiya çempionumuz əməliyyat olunacaq

!Reklam – Yazi

Olimpiya çempionu Toğrul Əsgərov barəsində xəbər var. İdmançı ilə bağlı Yeniçağ.az saytına bəzi məlumatları verən sərbəst güləş üzrə millinin baş məşqçisi Firdovsi Umudov Toğrul Əsgərovun bundan sonra hansı çəki dərəcəsində çıxış edəcəyinə də aydınlıq gətirib: 

“Toğrulun boyun nayihəsindən ağır zədəsi var. O, əməliyyat olunacaq. Daha sonra bərpa prosesi gəlir. Belə olan halda onun əvvəlki kimi 65 kq. çəki dərəcəsində çıxış etməsi çətin məsələdir. Toğrul çəki dərəcəsini dəyişəcək”. Xatırladaq ki, Toğrul Əsgərov karyerası ərzində üçüncü dəfə çəki dərəcəsini dəyişməli olur. O, 2010-cu ildə Dünya çempionu adını 55 kq. çəki dərəcəsində əldə edib. 2012-ci il Avropa çempionatında və London Yay Olimpiya Oyunlarında Əsgərov 60 kq. çəki dərəcəsində qızıl medal qazanıb. O, “Bakı -2015” I Avropa Oyunlarında qızıl və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarındakı gümüş medalı isə 65 kq. çəki dərəcəsində qazanıb.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv