!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Olimpiya çempionumuzun uğursuzluğu - Gözlənilməz məğlubiyyət

!Reklam – Yazi

Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə Dünya çempionatı davam edir.

Yenicag.az xəbər verir ki, bu gün daha iki idmançımız dayanq üzərinə çıxıb.

Radik İsaev (+87 kq.) ilk döyüşündə mərakeşli Ayoud Basselə (24:8), ikinci döyüşdə Çin təmsilçisi Jian Tiana qalib gəlib (16:11). Yarımfinala vəsiqə uğrunda qarşılaşmada Qabon taekvondoçu Antoni Obameyə 13:15 hesabı ilə məğlub olan Olimpiya çempionumuz mübarizəni dayandırıb.

Ramin Əzizov (87 kq.) da ilk rəqibi Valbek Defaixə (Fransa Polineziya) şans verməyib (15:3). Yassin Trabelsiyə (TUN) qalib gələn Əzizov (10:9) yarımfinal mərhələsi uğrunda döyüşdən Serbiyalı İvan Trajkovicə məğlub olaraq (15:22) yarışı başa vurub.

Sabah kişi taekvondoçularımızdan Məhəmməd Məmmədov (63 kq.), qadınlardan isə Yaprak Eriş (57 kq.) mübarizə aparacaq.

Yenicag.az

www.yenicag.az

994
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv