!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Olimpiya mükafatçımız üçün növbəti sınaq

!Reklam – Yazi

Cüdo üzrə Avropa çempionatı davam edir. Yeniçağ.az-ın məlumatına görə, bu gün daha 4 çəki dərəcəsində qalib bəlli olur. Qadın idmançılar arasında baş tutacaq 2 çəki dərəcəsində (63 kq, 70 kq) cüdoçumuz olmasa da, kişilərin mübarizəsində 3 həmyerlimiz tatamiyə çıxacaq.

73 kq

Olimpiya mükafatçımız Rüstəm Orucov yarışa 1/16 finalda qoşulacaq. O, bu mərhələdə Rodolf Kurtides (Kipr) – Andre Seppa (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.

Orucov kimi Hidayət Heydərovun da ilk döyüşü 1/16 finala təsadüf edəcək. Həmyerlimiz Reqimantas Rıbinas (Litva) – Xavyer Ramires (İspaniya) duelinin qalibi ilə üz-üzə gələcək.

81 kq

Yığmamızın perspektivli cüdoçusu Rüfət İsmayılovun Avropa çempionatında debütü ikinci mərhələdə olacaq. O, 1/16 finalda Kristian Toniste (Estoniya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarışın ilk günündə yığmamızın üzvlərindən Orxan Səfərovla (60 kq) Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıblar.

Yeniçağ.az

www.yenicag.az

608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv