!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oliqarxlar haqqında bu klip qalmaqala səbəb oldu

!Reklam – Yazi

Sexy-Cars-and-Girls-Wallpaper-and-Pictures-21Məşhur britaniyalı müğənni Robbi Uilyams rusiyalı oliqarxların həyat tərzinə həsr olunmuş mahnı ifa edib və klip çəkdirib. Yenicag.az Virtualaz.org-a istinadən xəbər verir ki, bir neçə gündür Uilyamsın bu klipi internetdə qızğın müzakirə olunmaqdadır. Klipə artıq milyonlarla adam baxıb. “Şənlən, ruslar kimi” adlı klip Robbi Uilyamsın rusiyalı oliqarxların təşkil etdikləri dəbdəbəli ad günlərində və toy mərasimlərində iştirakının təəsüratı altında çəkilib. Belə ki, müğənni 10 il əvvəl azərbaycanlı oliqarx Telman İsmayılovun olduqca dəbdəbəli ad günündə oxuyan çoxsaylı dünya ulduzlarından biri olub. Habelə bir çox başqa rusiyalı oliqarxlar da onu öz məclislərinə dəvət ediblər, yüz minlərlə dollar qonorar ödəyiblər.

Klipi Rusiyada bir çoxları “rusların ələ salınması” kimi qiymətləndirsələr də çoxları Robbi Uilyamsı dəstəkləyib, onun öz klipində reallığı əks etdirdiyini bildirib. Mahnının sözlərindən bir parça belədir:

Şənlən, rus kimi. Və heç bir müzakirə ola bilməz.

Rəqs elə, sanki səndə qıcolma başlayıb.

Bizim qəlbimiz var və bizim hədəfimiz var.

Şənlən, rus kimi, bu disko-tamahdır.

Şənlən, rus kimi.

Müəyyən tipdə və reputasiyada adam olasan ki

Bütöv xalqın pulunu oğurlayasan.

Xırda pullara isə öz kosmik stansiyanı tikəsən,

Ancaq ona görə ki, sən bunu bacararsan, çuvak!

www.yenicag.az

612
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv