!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkə rəhbərliyi bir arada – FOTOLAR

!Reklam – Yazi

0014Bu gün BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2-ci gününə start veriləcək.

Foruma Azərbaycandan nazirlər, millət vəkililləri qatılıb. Qeyd edək ki, forumun açılışında prezident İlham Əliyev və Türkiyə dövlət başçısı Rəcəb Tayyip Ərdoğanın çıxışı gözlənilir.

“İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçirilən forumda BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, mediya və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonaq iştirak edir.

Forumda ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantının, 30-a yaxın sessiya keçirilməsi planlaşdırılır. Forumun Açılış mərasimi Bakı Konqres Mərkəzində keçirilir.

Qeyd edək ki, 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər ToplantısındaSivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Azərbaycan Respublikasının paytaxtında keçirilməsi barədə qərar qəbul edilib.

Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

www.yenicag.az

753
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv