Ölkəmizdə yeni sürüşmə təhlükəsi

Müəllif: Redaktor

Editor

1107db7920cd38a08Son günlər yağan leysan yağışlarla əlaqədar Azərbaycanın cənub zonasındakı sürüşmə sahələrində vəziyyət gərginləşib, yeni sürüşmə ocaqları yaranıb.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib. Onun sözlərinə görə, sel sularının təsiri nəticəsində Lənkəran-Astara zonasında vəziyyət gərginləşib: “Ətraf əraziləri su basdığından əməkdaşlar sürüşmə ocaqlarında da tədqiqat işi apara bilməyiblər”.

Qeyd edək ki, noyabrın 7-dən 10-dək Lənkəran-Astara zonasında güclü yağış yağıb. Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 69-122 mm olub ki, bu da aylıq normanın 44-72 faizini təşkil edib.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir