www.sinerjipro.net

SinerjiProWide
Reklam

11-14 noyabr tarixində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Nəsimi məktəbliləri ölkəmizin cənub bölgəsində olmuşlar. Tur-aksiyası uğurla başa çatmışdır.

Səfərdən geri dönən məktəblilər Nəsimi rayon İcra Hakimiyyətində təntənə ilə qarşılandılar. Tur-aksiyanın uğurla başa çatması münasibəti ilə keçirilən tədbirdə məktəblilər cənub bölgəsindəki təəssüratlarını öz valideyinləri və müəllimləri ilə bölüşdülər.

“Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur –aksiyada iştirak etmiş Nəsimi rayon məktəbliləri və onların valideyinləri ilə görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafına yetirdiyi diqqət və qayğıdan danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır.

Asif Əsgərov çıxışna davam edərək bildirmişdir ki, doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından bu maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyükdür.

Qeyd olunmuşdur ki, cari ilin yay aylarında Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən yeniyetmələr üçün respublikamızın dilbər güşələrindən olan Quba və Şəki rayonlarında yay istirahət düşərgələri təşkil olunmuşdur.

Görüş zamanı məktəblilər daima yadda qalacaq təəssüratlarını və xatirələrini bölüşərək bu cür layihələrin həyata kiçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişdirlər.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1954
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."