Yazı İçi 468×60

225e75735a59ae68f669e47930e74d27“Təhlükələrə cavab qaydaları Rusiya hakimiyyət orqanlarına bütün açıqlığı ilə bir neçə dəfə izah edilib”

“Öz hava sahəmizi qorumaq ən təbii haqqımızdır. Bu hadisədə Rusiya Federasiyası ilə münasibətləri gərginləşdirmək kimi bir məqsədimiz olmayıb. Rusiya bizim dostumuz və qonşumuzdur. Böyük dövlətlər arasında əlaqələr kommunikasiya qəzalarına qurban verilə bilməz”.

Bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısında çıxışı edərkən deyib.

Ə. Davudoğlu Rusiya hərbi təyyarəsinin bütün xəbərdarlıqlara məhəl qoymadığı üçün vurulduğunu təkrarlayıb: “Təhlükələrə cavab qaydaları Rusiya hakimiyyət orqanlarına bütün açıqlığı ilə bir neçə dəfə izah edilib. Pozulan hava sahəsi eyni zamanda NATO hava sahəsidir. Rusiyaya hadisə barədə ətraflı məlumatlar verdik. Gərginliyi artırmamaq üçün bütün tərəflər səy göstərməlidir. Türkiyənin öz hava məkanına sahib çıxması ən təbii haqqıdır. Ölkəmizin təhlükəsizliyi üçün nə lazımdırsa, ediləcək”.

Ə. Davudoğlu Suriyada türkmənlərin yaşadığı Bayır Bucaq bölgəsinin şiddətli hücumlara məruz qaldığını söyləyib: “Suriya rejiminin necə vəhşicə davrandığı ortadadır. Bayır Bucaq bölgəsində bir nəfər də “İŞİD” üzvü və terrorçu yoxdur. Kimsə Bayır Bucaq bölgəsinə hücumları “İŞİD” bəhanəsi ilə legitim göstərə bilməz. “İŞİD”ə hücum edirik deyə Bayır Bucağın məsum insanlarına hücumlar edilməsinə göz yuma bilmərik”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."