“Ölkənin gələcəyi sual altınadır..”

“Ölkənin gələcəyi sual altınadır..”

Müəllif: Redaktor

Baş Redaktor

12767473_988978161167640_1336627115_nHakimiyyətin mövcud siyasəti göstərir ki, ölkənin gələcəyi sual altınadır..

Gənc Demokratlar Hərakatının sədr müavini Rövşən Bəşirov: Ölkənin bütün sosial-iqtisadi həyatının “Neft gəlirlərindən” asılı vəziyyətə salınması, qeyri-neft sahəsinə olan manelələrin mövcudluğu və orta və kiçik sahibkarlığın monopoliya nəticəsində məhv edilməsi Azərbaycan dövlət olaraq gələcəyini sual altına qoyur.
– Rövşən bəy gənclərlə işləyən bir gənc olaraq Azərbaycan gəncliyinin mövcud durumunu necə qiymətləndirərdiniz?

– Dünyada qəbul edilmiş bir fikir öz təsdiqini tapıb, bütün dövlətlərin və millətlərin gələcəyi onun gəncliyi ilə bağlıdır. Bir cəmiyyətdə gənclər onun gələcəyinin əsas göstəricisidir. Gənclərin cəmiyyətdə rolu və davranışı onların yaşadığı mühütlə bağlıdır. Çox təəssüf olsun ki, bizim cəmiyyətdə gənclərin hal-hazırdakı durumunu kiçik bir diqqətlə nəzərdən keçirsək, mənzərə tam aydındır. İşsizlik, gənclərin səmərəli məşgulluğunun təmin edilməməsi, təhsil sistemində korrupsiya, zərərli vərdişlərin artması, gənclərin cinayət törətməsi hallarının çoxalması, böşanma hallarının artması, təhsilə marağın azalması və dövlətin bu məsələlərə biganəliyi göz qabağındadır. Digər tərəfdən ölkənin bütün sosial-iqtisadi həyatının “Neft gəlirlərindən” asılı vəziyyətə salınması, qeyri-neft sektorunda olan manelələrin mövcudluğu və orta və kiçik sahibkarlığı monopoliya nəticəsində məhv edilməsi. Hakimiyyətin mövcud siyasəti göstərir ki, ölkənin gələcəyi sual altınadır..

– Rövşən bəy, ümumiyyətlə mövcud vəziyyətdə hansı tədbirlərin görülməsini düşünürsüz?

– Bilirsiniz Azərbaycanda gənclərin inkişafı üçün dövlət sturukturları və adiyyatı dövlət proqramı var. Bunlara hansısa bir formada icra olunur, amma nəticəni nəzərdən keçiridikdə görürsən ki, müsbətə doğru heç nə dəyişməyib. Məsələn, gənclərin təhsilə münasibəti, zərərərli vərdişlərə qurşanması halların çoxalması ictimayyətə bəldir. Nəticə onu göstərir ki, mövcud stukturların olması və bu işlərə maliyyənin ayrılması probelmin həllinə yetərli deyil. Ümumiyyətlə, Azərbaycanda görülən bütün işlər beynəlxalq təcrübəyə istinad edilmədiyinə və beynəlxalq təcrübədən faydalanmadığına görə effekt vermir. Bütün yaxşı nəticələrin əldə edilməsi üçün dünya təcrübəsi var. Onlardan faydalanmaq lazımdır. Təəssüf ki, Azərbaycan məmurları bu məsələrdə “şəxsi praktikasına” və “şəxsi marağlarına” müvafiq davaranırlar.

Bu gün Azərbaycan hakimiyyəti gənclərin mövcud durumuna düzgün qiymət verməsə, gələcəyimiz bütün sahələrdə sual altındadır. Fakt budur ki, bu gün Amerikada və Avropada təhsil alan gənclərin böyük əksəriyyəti ölkəyə qayıdıb işləmək istəmirlər, insanların çoxunda “dolanışıq” qoruxusu var.
Ona görə də dünyada baş verən bütün hadisələr düzgün təhlil edilməli və hakmiyyət düzgün olanın yanında yer almalıdır. Əks halda işsizliyin və sosial-iqtisadi ehtiyacların fonunda artan narazılıqların qarşınını almaq çətin olacaq.

Xəbərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti