!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkəyə qanunsuz qızıl-zinət əşyaları gətirilməsinin qarşısı alınıb

!Reklam – Yazi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük nəzarətindən gizli və bəyan etməməklə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Yeniçağ.Az-a  verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycanın xanım vətəndaşı gömrük nəzarətindən keçərkən onun əl yükündə bəyan edilməyən qızıl-zinət əşyalarının olması şübhə doğurub. Bu səbəbdən həmin şəxs sərnişin gömrük yoxlanılmasına dəvət olunub.

Yoxlama zamanı, vətəndaşın əl çantalarında və sellofan paketindəki geyim əşyalarının arasında 1 ədəd boyunbağı-qolbaq dəsti, 3 ədəd üzük, 10 cüt sırğa və 8 ədəd kulon aşkar edilib. Vətəndaşın üzərində şəxsi yoxlama nəticəsində isə onun alt geyimində, ayaqqabısının içində və şalvarının balağının qatlanmış yerlərində 45 ədəd boyunbağı, 26 ədəd üzük, 21 cüt sırğa, 19 ədəd qolbaq, 2 ədəd sırğa cütü-üzük dəsti və bundan başqa, qoluna keçirilmiş vəziyyətdə 3 ədəd qolbaq aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 436,62 qram olan, 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.

Faktla bağlı araşdırma aparılır.

 

Yeniçağ.Az

www.yenicag.az

761
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv