!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ölkəyə qarşı ciddi kommunikasiya terroru törədilib”

!Reklam – Yazi

55320“Dünən baş verənlərin təxribat olması ehtimalı üzərində daha çox dayanırıq. Ölkənin baş provayderi “Delta Telekom”dur və uzun bir müddətdir ki, fəaliyyət göstərir. Bu müddət ərzində belə bir fakt qeydə alınmamışdı”.

Bunu açıqlamasında informasiya texnologiyaları mütəxəssisi Səbuhi Abbasov bildirib.

Səbuhi Abbasov xatırladıb ki, ölkəmizdə həm enerjinin verilməsində məhdudiyyətin yarandığı bir zamanda, həm də təbii fəlakət vaxtı internet kəsilməmişdi: “Biz belə halla ilk dəfədir ki, qarşılaşırıq. Buna görə də məhz bunun təxribat olması ehtimalı üzərində daha çox dayanırıq . Azərbaycan artıq inkişaf etmiş ölkədir. Bu mənada ölkə iqtisadiyyatının demək olar ki, böyük hissəsi internet üzərindən idarə olunur. Bundan başqa xidmət sahələri də demək olar ki, tamamilə elektronlaşdırılıb. Belə olan halda bu boyda infrastruktur bir naqilin “əlindəmi” qalıb? Təbii ki, bunu rəsmilər bu cür izah etdilər. Əgər bu fakt realdırsa demək ki, bu sahənin məsul şəxsləri ölkəni bir naqilin üzərində saxlamaqla ciddi şəkildə xəyanətə yol veriblər. Əgər məsələ naqillik deyilsə demək ki, burda ölkəyə qarşı ciddi kommunikasiya terroru törədilib”(moderator)

www.yenicag.az

502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv