www.sinerjipro.net

SinerjiProWide
Reklam

15145Alimlər ömrü təxminən 3/1 dəfə uzadan gen aşkar ediblər.

Kaliforniya universitetinin Amerikalı bioloqları Los – Ancelesdə gerontoloqianın imkanları haqqında ehtiyatla və nikbinliklə danışırlar. Onlar milçəklərin ömrünü AMPK genini aktivləşdirməklə 30% uzatmağa nail olublar. Bu zaman təkcə ömrün uzadılması yox, həm də bütövlükdə sağlamlığın möhkəmlənməsi mümkün olub.

Kaliforniya universitetinin nəzdindəki Molekulyar bioloqia inistitutunun alimləri ümid edirlər ki, ömrün uzadılması ilə yanaşı , xəstəliklərlə mübarizə aparan insanlar üçündə bu mümkün olacaq. Araşdırma zamanı müəyyən edilmişdir ki, sinir sistemindəki hücüyrələrdə AMPK geninin sayının artması onun aktivləşməsini göstərir və qocalma prosesi ləngiyir. Bu proses təkcə sinir sistemi hüceyrələrində yox həm də bağırsaq hüceyrələrində olur.

Belə bir mənzərə alimlər bağırsaq hüceyrələrində AMPK genini tədbiq edən zamanda müşahidə olunub. Təcrübədə iştirak edən milçəklərin ömrü prosedurdan sonra 6 həftədən 8 həftəyədək artıb.

Bioloqlar heyrətamiz nəticələri belə izah edirlər ki, АМРК geninin aktivləşməsi ilə qocalma prosesinə səbəb olan “tullantılardan” daha tez və asan xilas olmaq mümkün olur. Hüceyrələrin təmizlənməsi həm sağlamlığın möhkəmlənməsi həm də, ömrün uzanması deməkdir.

Professor Devid Uokerin ümid edir ki, gün gələcək təbabət orqanizmin qocalması ilə bağlı xəstəliklərin qarşısını almaq üçün bu kəşfi istifadə edə biləcək. Qocalma sürətini azaltmaq ilə yanaşı və Parkinson, Alsqeymer,rak, diabet, ürək-damar xəstəlikləri və sairə ilə də mübarizə aparmaq mümkün olacaq.

Bioloqlar bu təcrübəni milçəklər üzərində ona görə aparıblar ki, milçəklərin genini öyrəniblər və istənilən genə təsir etməyi artıq müəyyənləşdiriblər.(

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."