“Onda Azərbaycan ordusu həm ABŞ, həm də Türkiyəyə qarşı vuruşmalı olacaq”

Müəllif: Redaktor

Editor

tankRusiyanın “Nezavisimaya qazeta”sının yazdığına görə, Azərbaycan da daxil olmaqla bəzi MDB respublikaları Suriyada “sülhün təmin olunması” adı ilə başladılacaq sülhməramlı missiyanın tərkibində öz qoşunlarını bu ölkəyə göndərə bilərlər.

Görəsən, beynəlxalq arenada cərəyan edən hazırkı şərtlər daxilində Azərbaycanın sözügedən sülhməramlı missiyanın tərkibində olması, əgər bu baş verəcəksə, nə dərəcədə məntiqlidir? Olmaya, bu ideya da Moskvanın növbəti bir avantürasıdır?

Yenicag.az-a məsələ ilə bağlı açıqlamasında politoloq Natiq Miri bildirdi ki, Azərbaycanın Suriyada Moskvanın gündəmə atdığı sülhməramlı missiya adı altında iştirakı yolverilməzdir:

“MDB ölkələrinin Suriyada sülhməramlı missiya tərkibində iştirakı məsələsi əslində Moskvanın növbəti bir fırıldağıdır. Bütün qurulan bu işlərin hamısı Rusiyanın dünya gücü olaraq özünü təsdiq etmək üçün geosiyasi maraqlarına hesablanıb. Kreml bununla böyük bir koalisiyaya rəhbərlik etdiyi və gücünü nümayiş etdirmək istəyir. Ayrıca Rusiya həmçinin özü üçün təhlükəsizlik zolağı yaratmaq niyyətindədir. Xüsusilə də postsovet məkanı ölkələrinin hərbi gücləri vasitəsilə. Bu həm də dolayısı ilə bütün postsovet məkanındakı müstəqil ölkələrin ordularını nəzarətə almaq məqsədi daşıyır. Çünki bu ölkələrin ordusu Suriyada məhz Moskvanın patronajlığı altında təmsil olunacaqsa, təbii ki, bütün məsələlər də Rusiya komandanlığı ilə koordinasiya olunacaq. Bu isə qətiyyən qəbul olunan deyil. Ona görə ki, Azərbaycanın Rusiyanın patronajlığı altında hər hansı bir əməliyyatda iştirakı arzuolunmazdır. Çünki Rusiyanın Azərbaycanda yaratdığı Dağlıq Qarabağ kimi böyük bir yara, bəla vardır. Hansı ki, bu düyünün açılmasına Rusiya heç bir vəclə imkan vermir. Suriyada MDB sülhməramlıları məsələsi gündəmə gələcəksə, təbii ki, onun tərkibində Ermənistan da olacaq. Azərbaycan isə öz torpaqlarını işğal edən bir ölkənin qoşunları ilə bir qrupda təmsil oluna bilməz. Üçüncüsü, Suriyada terrora qarşı mübarizədə vahid koalisiya mövcud deyil. Burada müxtəlif koalisiya və güc mərkəzləri var. Belə olan halda Rusiyanın patronajlığı altında Azərbaycan Suriyaya öz sülhməramlılarını göndərəcəksə, bu qoşunların kimə qarşı olacağını düşünmək lazımdır. Çünki qarşı tərəfdə ABŞ-ın rəhbərlik etdiyi bir koalisiya var ki, qardaş Türkiyə də onun tərkibindədir. Belə olduğu halda bu amil o anlama gələcək ki, Azərbaycan ordusu həm ABŞ, həm də Türkiyəyə qarşı vuruşacaq. Ayrıca 1 milyona yaxın əhalisini bədbəxt edən, mülki insanları amansızcasına məhv edən despot Əsəd rejimini müdafiə etmək üçün Azərbaycan qoşunlarını niyə Suriyaya göndərməlidir?

Natiq Miri ile ilgili görsel sonucuBu tarix gələcəkdə Azərbaycana qarşı istifadə oluna biləcək bir tarixdir. Ona görə də məsələyə həssas yanaşmaq və Rusiyanın bu fırıldağına da “yox” demək lazımdır. Başqa alternativ yoxdur. Çünki bununla Azərbaycan özünə böyük problemlər yarada bilər. Onu da nəzərə alaq ki, Dağlıq Qarabağ problemi yenidən dalana dirənir. Azərbaycan bu gün cəbhə xəttində bir proses yaratmalıdır ki, yenidən Dağlıq Qarabağ məsələsi dünya güclərinin gündəminə gəlsin və bu siyasət prioritet olsun.

Yoxsa ki, Azərbaycanın Suriyada nə işi var. Ondan dərhal imtina etməliyik. Bu məsələdə Azərbaycan Rusiyanı müdafiə etməklə qarşısına kimləri aldığını da göz qabağına almalıdır”.

 

ELÇİN
Yeniçağ.Az

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır