12751738_1256520491030697_648102367_oesas“Torpaqlarımızın azadlığı uğrunda şəhid olan insanlarımızın xatirəsini anmaq hər birimizin borcudur”.

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev 258 saylı orta məktəbdə şəhid Arif Vəliyevin anım gününə həsr olunmuş tədbirdə çıxış edərkən bildirib. Millət vəkili torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın vətənpərvərliyindən danışıb və belə oğullardan biri də Arif Vəliyev olduğunu qeyd edib.

“Arif Vəliyev vətənimizin ən çətin zamanında torpaqlarımızı qorumaq üçün silaha sarıldı. Bu gün belə oğullardan nə qədər danışsaq azdır. Gənclərimiz Arif Vəliyev kimi qeyrətli oğullardan örnək götürməlidirlər. Onlar bizim and və qürur yerimizdir. Bu gün ölkə rəhbəri tərəfindən də şəhid olan insanlarımızın ailələrinə diqqət və qayğı artmaqdadır. Bununla bağlı bir sıra fərman və sərəncamlar imzalanıb”,-deyə millət vəkili əlavə edib.

Şəhidin anası Sona Vəliyeva, 258 saylı orta məktəbin direktoru Sədaqət Hüseynova, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparat rəhbəri Arif Əşrəfov çıxış edərək vətənin azadlığı uğrunda şəhid olan insanların xatirəsini hər zaman uca tutmağın vacibliyini diqqətə çatdırıblar.

Sonda Azərbaycan Kikboksinq Federasiyası tərəfindən şəhidin ailə üzvləri “Fəxri Diplom”la təltif olunub. Diplom şəhidin anası Sona Vəliyevaya təqdim edilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."