!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Onlar Azərbaycanla Türkiyənin arasını vurmaq istəyirlər” – Azərbaycana buraxılmayan iş adamı danışdı

!Reklam – Yazi

huseyin-buyukfirat-ak-parti-den-aday-adayiXəbər verdiyimiz kimi, “Büyükfirat” restoranlar şəbəkəsinin rəhbəri, türkiyəli iş adamı Hüseyn Büyükfirat Azərbaycana gələrkən Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən ölkəyə buraxılmayıb.

Avropa.info xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşları iş adamına məsələylə bağlı heç bir açıqlama verməyiblər. 

Mövzu ilə bağlı geniş məlumat almaq üçün Hüseyn Büyükfırata bir neçə sual ünvanladıq və onun cavablarını sizə təqdim edirik: 

image-7– Hüseyn bəy, Dövlət Sərhəd Xidmətinin əməkdaşları sizi ölkəyə buraxmamaq üçün nəyi əsas göstərdilər?

– Heç bir səbəb göstərmədilər və heç bir açıqlama da vermədilər. Onlar mənim sualıma, sadəcə, “Miqrasiya Xidmətinin qərarıdır. Girişinizə qadağa qoyulub”, deyə cavab verdilər.

– Sizi Heydər Əliyev adını Beynəlxalq Hava Limanındanmı buraxmadılar?

– Xeyr. Ümumiyyətlə, hava limanına buraxılmadım.

– Hadisə ilə bağlı Türkiyənin ölkəmizdəki səfirliyi ilə əlaqə saxladınızmı? 

– Səfirlikdə təhsil müşaviri olan böyük qardaşıma zəng etdim. Böyük qardaşım səfirliyin əməkdaşı və diplomatdır.

– Qardaşınız nə dedi? Bununla bağlı Azərbaycan rəsmiləri ilə danışıqlar aparmadımı?

– Çox heyrətləndi. Belə bir ehtimalın milyonda bir faiz belə ağlına gəlmədiyini dedi. Gecə olduğu üçün çox insanı narahat etmək istəmədim. Amma Türkiyəyə qayıtdıqdan sonra Xarici İşlər Nazirliyinə və digər qurumlara məsələ ilə bağlı məlumat verdim.

– Siz uzun illər FETÖ terror təşkilatına qarşı mübarizə aparan adamsınız. Türkiyə ilə Azərbaycanın əlaqələrində mühüm rol oynamışınız. Nə üçün belə bir hadisə ilə qarşı-qarşıya qaldınız? Şübhələndiyiniz bir məqam varmı? 

– FETÖ-yə Türkiyədə ilk böyük zərbəni “Tahşiye qurması” ilə bağlı məhkəmə prosesində mən vurmuşam. Hətta bu məhkəmə prosesi ilə bağlı Türkiyə parlamentinin konstitusiya komissiyasının sədri Professor Bürhan Quzu da bu prosesin çox mühüm olduğunu demişdi. Əgər bu prosesdə qələbə çalsaq Türkiyədə FETÖ-yə qarşı mübarizədə mühüm nailiyyət əldə edilmiş olar və əlimizə daha böyük şanslar keçər. Belə də oldu. Türkiyədə Gülən ilk dəfə mənim şikayətim əsasında açılan məhkəmə prosesi ilə axtarışa verildi. Onun polisdə olan adamları ilk dəfə bu məhkəmə prosesi zamanı həbs olundular. Hətta 15 iyul çevriliş cəhdindən sonra Gülən prezident Rəcəb Tayyib Ərdoğanın və bizim adımızı çəkərək bizi düşmən elan etdi. Sözün qısası nə üçün hədəfdə olduğumuzu yaxşı bilirəm. Amma bunun heç bir fərqi yoxdur. Bunlar belə etdikləri müddət ərzində bizim mübarizə ruhumuz yüksəlir. Bunlar Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyirlər. Rusiya Türkiyə münasibətlərini də bu xainlər təyyarəni vurmaqla pozdular. Təbii ki, bunlar boş şeylərdir. Biz bu şeylərin altında FETÖ üzvlərinin olduğunu dəqiq bilirik. Əlbəttə ki, Azərbaycanın həqiqi sahibləri və idarəçiləri bu vəziyyəti qısa zamanda düzəltəcəklər. Buna şübhəmiz yoxdur. Beləliklə Azərbaycan hökuməti də bunların nə qədər xain və Türkiyə Azərbaycan əlaqələri üçün nə qədər təhlükəli olduqlarını görmüş olacaq.

Avropa.info

www.yenicag.az

779
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv