yenicag.az
yenicag.az

“Onlar bu yöndə müxtəlif təxribatlara hazırlaşırlar”

“Onlar bu yöndə müxtəlif təxribatlara hazırlaşırlar”

Müəllif: Redaktor

Editor

cebhe14Son vaxtlar cəbhə xəttində gərginlik artıb. Artıq atəşlər avtomat və pulemyotlardan deyil, ağır artilleriya və raketlərdən açılır.

Hətta sentyabrın 27-də gün ərzində və 28-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınıb. Nəticədə qarşı tərəfin 7 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var. Düşmənlə ağır döyüşlərdə cəbhənin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrimizin isə 3 hərbi qulluqçusu şəhid olub.

Bundan əlavə, sentyabrın 25-də qoşunların təmas xəttində düşmənin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib. Nəticədə bir hərbi qulluqçumuz şəhid olub, 3 hərbi qulluqçumuz isə yüngül qəlpə yaraları alıb. Qarşı tərəfin isə 4 hərbçisi məhv edilib və 16 nəfərədək yaralısı var. Onlardan 10 nəfəri ağır vəziyyətdədir.

Bəs cəbhə xəttində vəziyyətin günbəgün pisləşməsi və raketlərdən belə istifadə edilməyə başlanması genişmiqyaslı müharibələrin başlanmasına gətirib çıxara bilərmi?

AzNews.az bu sualla Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, deputat Zahid Oruca müraciət edib. Z.Oruc bildirib ki, ermənilər vəziyyətin elə də yaxşı olmadığını bildikləri üçün müxtəlif təxribatlara hazırlaşırlar: “Cəbhədən alınan məlumatlar kifayət qədər gərgindir. Burada atəşkəsin pozulmasından yox, artıq lokal toqquşmalardan danışmaq olar. Bu o deməkdir ki, indiyə kimi adi silahlarla şəraiti qoruyub saxlamaq mümkün olurdusa, indi yalnız artilleriya silahları vasitəsi ilə prosesə müdaxilə olunur. Sonuncu dəfə Azərbyacanın vurduğu zərbələrə görə, Ermənistanın aldığı itkilər və onların siyasi hərbi rəhbərliyinin verdiyi bəyanatlar sübut edir ki, onlar həqiqətən də bu yöndə müxtəlif təxribatlara hazırlaşırlar. Yəni Ermənistanda Azərbaycanın təkcə cəbhədəki hərbi bazalarına deyil, mülki ərazilərinə və əhalisinə müxtəlif xarakterli zərbələr vurmaq üçün planlar cızılmaqdadır.

Sual yarana bilər ki, bəs bunu nədən ötrü edirlər?

Görünür ki, erməni tərəfi Rusiya prezidenti Vladimir Putinin planlarından müəyyən dərəcədə xəbərdardır. Onlar hiss edirlər ki, Azərbaycan ərazilərinin bir qisminin qaytarılması fonunda Rusiya ilə ölkəmiz arasında müxtəlif razılaşmalar meydan çıxa bilər. Bu, erməni tərəfinin əleyhinə olacaq gələcək proseslərə səbəb ola bilər. Bu o deməkdir ki, Ermənistanın taleyinin başqa dövlətlər arasında həll olunması mümkündür. Amma cəbhədəki təxribatların hansısa bir qərb dairələrinin və onların casus şəbəkələrinin tapşırığı ilə baş verdiyini iddia etmək çətindir”.

Deputatın sözlərinə görə, cəbhədəki vəziyyətin bu həddə çatdırılmasının əsas səbəbi Rusiya ilə Azərbaycan arasındakı sövdələşmələri pozmaqdır: “Şimal qonşumuzun Qarabağ üçün ortaya yatırdığı hərb modeli qərbi geopolitik proseslərdən, bu bölgənin gələcək iqtisadi həyatından, siyasi qərarlarından da kənarda qoyacağı bəllidir. Ona görə də müxtəlif Avropa ölkələrində Rusiyanın Qarabağ planına yönəlik əks ssenarilər hazırlanması mümkündür. Amma onun Qarabağda ermənilərin əli ilə həyata keçirilməsi indiki gerçəklikdə elə də asan deyil. Bu səbəbdən yeganə variant və ehtimallar onun üzərində dayanır ki, erməni tərəfi cəmiyyətdə məlum böhranın üzərinə Qarabağ kartını yenidən qatmağa çalışır. Yəni, o vasitə ilə mübarizənin effektini öldürsün, xalqın narazılığını bu yolla söndürsün, rəqiblərini Qarabağ amili ilə təhdid etsin. Eyni zamanda burada hərbi partiya yaratmağın da çox böyük maraqları var. Yəni Qarabağ agentinin silahları Ermənistandakı rejimin qazanmasına yol açır. Çünki bu silah böyük kapital deməkdir. Burada gətirilib xərclənən silahların tam hamısını hesablamaq o qədər də asan deyil. Hətta bu kiminsə ağlına gəlsə belə onu cəbhədə yoxlamaq o qədər də asan deyil”.

Zahid Oruc Azərbaycan ordusunun müharibəyə tam hazır olduğunu və cəbhəyə müasir texnikaların yerləşdirildiyini qeyd edib: “Artilleriya qurğuları işə düşəcəksə, bu, artıq Cənubi Qafqazda Qarabağ məsələsinin ikinci mərhələyə keçməsi və silahlı vasitələrlə problemin çozülməsi demək olacaq. Görünür ki, Azərbaycan tərəfi və onun rəhbərliyi bütün bu məqamlarla bağlı yetərli kəşfiyyat məlumatlarına malikdir. İndi əvvvəlki illərdən fərqli olaraq patronu qoruyun və ya cavab reaksiyasını dinlə, ondan sonra cavab atəşi qaytarın kimi tapşırıqlar verilmir. Əksinə ön cəbhəyə müasir texnikalar və kifayət qədər hazırlıqlı zabit heyəti yerləşdirilib. Vurulan zərbələr bunu bir daha sübut edir. Məsələn, sonuncu dəfə 7 erməninin ölməsi, 10 nəfərinin ağır yaralanması, Qarabağda bir sıra tədbirlərin təxirə salınması buna bariz nümunədir. Bütün bunların hamısı erməni mənbələrinin məlumatlarıdır. Bizim təbliğatımızın və ya təqdim etməyimizin məhsulu deyil. Erməni tərəfi itkilərin miqyasının artmasının fərqindədir. Onlar Azərbaycanla bacarmırlar. Bu səbəbdən xarici dairələri prosesə qoşmaq üçün müxtəlif vasitələrə əl atacaqlar. Bizdə bu prosesi ciddi bir şəkildə izləməkdəyik”.

 

Yenicag.az

Gündəm, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti