!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Onlar heç vaxt böyüməyəcəklər" - Xocalının şəhid körpələri haqqında film

!Reklam – Yazi

Bu gün “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqımından bəhs edən “Onlar heç vaxt böyüməyəcəklər” filminin təqdimatı keçirilib. Yeniçağ.az-ın verdiyi xəbərə görə, tədbirdə bildirilib ki, film Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gəlib. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, 1992 – ci il fevralın 25-dən 26 na keçən gecə ermənilər 366 motaatıcı alayın köməkliyi ilə Xocalıda soyqırım həyata kecirib. Onun sözlərinə görə, artıq bu faciədən 25 il keçir:

“Bu soyqırım dünyanın 20-dən artıq ölkəsi tərəfindən tanınıb. Bu soyqırım aktını törədənlərin cəzalandırılması ücün qanun layihəsi hazırlanıb və tezliklə, qəbul ediləcək. Düşünürəm ki, biz bu sahədə də irəliləyişlər əldə edəcəyik. Dünyada bu soyqırımın tanıdılması ücün indiyədək müxtəlif filmlər, tanıtım materialları ərsəyə gətirilib. Amma hesab edirəm ki, bu sahədə işləri mütləq şəkildə davam etdirməliyik. Belə filmlərdən biri də “Onlar hec vaxt böyüməyəcəklər” filmidir. Biz haqq-ədalətin zərəf çalması ücün əlimizdən gələni etməliyik”. Daha sonra film nümayiş etdirilib. Filmin süjet xəttini Xocalı soyqırımı zamanı erməni vandalizmi nəticəsində öldürülən uşaqların faciəsi təşkil edirdi.

Sonra söz İctimai Televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədliyə verildi. O, bildirdi ki, Xocalı unudulması mümkün olmayan bir faciədir:

“Xocalı soyqırımının canlı şahidlərinin ifadələrini, stenoqramlarını dönə-dönə yazıb, saxlamaq lazımdır. Cəlil Məmmədquluzadənin “Kamança” hekayəsində yüzbaşı erməniyə Zabul segahı çaldırır, əlində olan qəməni yavaş-yavaş aşağı salır və erməni kamançaçalanı qovur. Bu fakt onu göstərir ki, hər zaman biz azərbaycanlılar humanist davranmışıq. Lakin Xocalı faciəsi ermənilərin bizə olan nifrətinin azalmadığını göstərdi. Bu gün Ermənistan rəhbərliyində oturanlar Xocalıda azərbaycanlıları necə öldürmələrini dilə gətirirlər”.

Ombudsman Aparatının əməkdaşı Zaur Vəliməmmədli də bildirdi ki, film xarici dillərə tərcümə edilib, diaspor təşkilatlarına çatdırılmalıdır. Onun sözlərinə görə, hər il Ombudsman tərəfindən əməkdaşlıq olunan qurumlara müraciətlər edilir və dəstək verilməsinin zəruriliyi bildirilir. Sonda “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Müslümqızı filmin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkürünü bildirib.

Bəxtiyar
Yeniçağ.az

www.yenicag.az

1020
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv