!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Onlar üçün nə qanun, nə də ölkə maraqlı deyil”

!Reklam – Yazi

siaphoto_492391“Guya qanunların aliliyini istəyir, amma özü qanunu pozur”

“Leyla Yunus və onun kimi ölkəmizin imicinə və nüfuzuna xələl gətirmək üçün görəvləndirilən şəxslərin nə Azərbaycan qanunlarına, nə də dövlətimizin rəmzlərinə hörmətləri var”. Bu fikirləri SİA-ya Strateji Araşdırmalar İnstitutunun (SAİ) rəhbəri, politoloq Ramiz Alıyev deyib.

Leyla Yunus bundan öncə polis əməkadaşının üzərində Azərbaycan gerbi olan papağına əl ataraq yerə atdığını xatırladan politoloq deyib ki, bu qadın bütün hərəkətləri, fikirləri ilə Azərbaycanın dövlət rəmzlərinə, dövlətçiliyimizə qarşı hörmətsiz yanaşdığını ortaya qoyur: “Əlbəttə, bütün bunlar onları xaricdən idarə edən, maliyyələşdirən təşkilatlara, erməni lobbisinə və xarici xidmət orqanlarına hesablanmış addımlardır. Leyla Yunus kimiləri də bu cür addımları göstərmək istəyirlər ki, onlar üçün nə qanun, nə də ölkə maraqlı deyil. Əslində bu insanlar anlamırlar ki, məhkəməni və dövlət rəmzlərimizi təhqir etməklə nüfuzlarını bir az da düşürmüş olurlar. Guya bu insanlar qanunun aliliyini istəyirlər. Amma özlərini qanunu pozur, qanunu tənzimləyən orqanları təhqir edirlər. Demokratiyadan danışırlar. Hansı demokratik cəmiyyətdə, dövlətdə qanunu təmsil edən qurumları və dövlət qulluqçularını təhqir etmək olur? Bu adamların əməlləri ilə bəyanatları üst-üstə düşmür”.

Politoloq Leyla Yunusun narahatçılığına səbəb olan amili də açıqlayıb: “Əslində Leyla Yunusun narahatçılığı bu il ölkəmizdə keçiriləcək parlament seçkləri ilə əlaqədar himayədarları tərəfindən təxribatlara ayrılacaq maliyyə vəsaitindən kənarda qalması ilə bağlıdır”.

www.yenicag.az

562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv