Yazı İçi 468×60

normal-1eabgj““Microsoft” və “Google”un Rusiyaya qarşı sanksiyalara qoşulması ailə xəyanəti və heyvandarlıqla müqayisə oluna bilər”.

Bu sözləri Rusiya prezidenti Vladimir Putinin internet üzrə müşaviri German Klimenko deyib.

“Bu, arvadın ərini başqa bir qadınla görməsinə bənzəyir. Siz sonra istədiyiniz qədər and içə bilərsiniz, lakin güvən artıq itirilib”, – deyə müşavir qeyd edib.

Onun sözlərinə görə, bütün Rusiya üzrə 22 min bələdiyyə müəssisəsi “Windows”u dərhal “Linux” əməliyyat sisteminə dəyişməyə hazırdır. Klimenko onu da bildirib ki, “Microsoft”, “Google” və digər amerikan şirkətləri geri dönüşü olmayan nöqtəyə çatıblar.
Məlumat üçün bildirək ki, dünyanın nəhəng şirkətlərindən olan “Microsoft” və “Google” Rusiyaya qarşı sanksiyalara qoşulub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 13
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."