www.sinerjipro.net

SinerjiProWide
Reklam

İsanın valideynlərində ümid yaranıb

Yenicag.az Ölkə.Az-a istinadən xəbər verir ki, 9 avqust saat 21:00-da “Mambo Beach Club & Restaurant”da ilkin ağciyər hipertenziyasından əziyyət çəkən balaca İsaya kömək məqsədilə “Magic Smile” xeyriyyə gecəsi keçiriləcək.

Balaca isanın natamam 7 yaşı var. O səyahətçi olmağı arzu edir. Bundan əlavə o, 30 iyulda, yəni doğum günündə kloun və aktyorlardan təbriklər almaq istəyir.

İsa ilkin ağciyər hipertenziyasından əziyyət çəkir və onun atasının qazandığı pulların hamısı qutusu 1000 ABŞ dollarına olan bahalı preparatlara xərclənir. Bu isə o deməkdir ki, körpənin ad gününü istədiyi kimi keçirmək mümkünsüzdür.

Ancaq dər bunda deyil. Dərd orasındadır ki, bu dərmanlar uzun müddətdir ki təsir etmir. Balaca güclü asit ( perikard və qarın boşluğunda mayenin toplanması) aşkar olunub. İsa yeriyə bilmir və ağır nəfəs darlığı yuxuda da ona əziyyət verir.

“Biz İsada 4 yaşında ürəyi ilə bağlı problem aşkar etdik. Həkimlər diaqnoz qoydu – ilkin ağciyər hipertenziyası. Həkimlər dedi ki, bu çox nadir xəstəlikdir. Uşaqlarda bu xəstəlik milyonda bir dəfə rast gəlinir. Xəstəliyin səbəbi bəlli deyil. Kiçik qan dövranında təzyiq normalda 25 olmalıdır, İsada idə bu göstərici 100-dən də çoxdur”, – deyə İsanın anası Elvira Zahirova danışır.

Bu gün İsa ürək çatışmazlığının 4-cü mərhələsini yaşayır. Xəstəliyin 3 ilində uşağın valideynləri müalicəni tapmağa çalışıblar. Müayinələr Bakı, Təbriz, İstanbul və Moskvada aparılıb. Medikamentlərlə müalicə heç bir fayda verməyib. Həkimlər əməliyyata başlamayıb – çox mürəkkəbdir. Gündən-günə İsanın vəziyyəti daha da ağırlaşırdı. Onun valideynləri nə etməli olduqlarını bilmirdilər. Övladlarının əziyyətlərinə baxmaq və yadım edə bilməməkdən bəlkə də qorxunc heç nə yoxdur.

Lakin Allah onları dualarını eşidib – İsanın valideynlərində ümid yaranıb.

“Xoşbəxtlikdən iki ay öncə biz İtaliyadan olan kardiocərrahla tanış olduq. O bizə ürək əməliyyatı keçirməyi təklif etdi. Əməliyyatdan sonra İsanın ürəyində təzyiq aşağı düşəcəkdi və o, özünü daha rahat hiss edəcəkdi. Cərrah bizə xəbərdar etdi ki, bu çox riskli və çətin əməliyyatdır. O, İsaya kömək etməyə razı olmuş yeganə şəxs olub”, – deyə Zahirova qeyd edib.

Əməliyyatın keçirilməsi Milanda planlaşdırılır.

Bu əməliyyatın keçirilməsi üçün 22 min avro ( 25 min manat) tələb olunur. Bu məbləğ Zahirovlar ailəsində yoxdur. Toplanan bütün pullar isə bu günə qədər İsanın müalicəsinə yönəlib. İsanın anası evdar xanımdır, atasının maaşı isə cəmi 500 manatdır.

Yeganə ümid isə laqeyd olmayan insanların köməyidir.

“Xahiş edirəm, körpəmizi xilas etməyə kömək edin. Bu bizim son şansımızdır”, – deyə İsanın anası hər kəsə çağırış edir.

Bu gecənin təşkil olunmasında da əsas məqsəd İsaya kömək əlini uzatmaq, sehrli gülüş vasitəsilə onu həyata qaytarmaqdır.

Əsas təşkilatçılar:

AGAT
FUTURE GROUP

Təşkilati dəstək:

City Sightseeing Baku
ESCARDIN Perde Merkezi
Chatbox Baku
Flame Travel
LED.AZ
La Violetta
Captain Silver
Xurma Project
Yarasa Studio
Yek Production
Mambo Beach Club & Restorant

İnformasiya dəstəyi:

www.1news.az / www.Olke.az / www.Baku.ws

Giriş: 20 AZN
Yığılan məbləğ balaca İsanın müalicəsini yönələcək.

Gecədə məşhur müğənni və DJ-lər iştirak edəcək.

20:00-dan etibarən Azneft meydanından hər saat “Mambo Beach”ə pulsuz “City Sightseeing Baku” avtobusları yola düşəcək və 23:00-dan etibarən geri qayıdacaq.

Əlavə məlumat və biletlərlə bağlı bu nömrələrə zəng edin:

Mob.: +994 50 300 44 40
Mob.: +994 50 405 55 17

Tədbirin “Facebook” ünvanı.

Bu gün bizdən hər bir kəs hesaba pul köçürməklə bu ailəyə yardım edə bilər. Möcüzələr baş verir. Allah onları yaradır. Xahiş edirik, balaca İsanın taleyinə biganə qalmayın!

Xahiş edirik, onu xilas etməyə yardım edin!

İsanın anası Elvira Zahirova ilə əlaqə saxlamaq üçün bu nömrəyə zəng edin: 055 751 12 35

Bank rekvizitləri və bütün sənədləri aşağıdakı fotolarda görə bilərsiniz:

Rəşid Mustafazadə

Ölkə.Az

10986435-877852428916480-2153743427253882219-n.jpg.pagespeed.ce.7zDvkzw1xd 11059885-877852485583141-4059542712790316137-n-1.jpg.pagespeed.ce.j5A3tKR2Lw 11170321-929885343748802-3265011851373708333-n.jpg.pagespeed.ce.A5qFJKCJbc 11403054-929885643748772-2798054803024412543-n.jpg.pagespeed.ce.Iv79ZwQy9S 11703386-877852508916472-7445366411200135984-n.jpg.pagespeed.ce.LdMwb7QksE 11745954-877852465583143-6286761813760186020-n.jpg.pagespeed.ce.P_-2aRBPjR 11813428-1159288317421562-8096748939630573926-n.jpg.pagespeed.ce.OuDsIAymyt

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 24
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."