!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Onu zorlayanın başını kəsdi, məhkəmə verdiyi qərarı dəyişdi

!Reklam – Yazi

Türkiyədə İspartanın Yalvaç rayonunda ona təcavüz edən 35 yaşlı Nurəddin Giderin başını kəsərək kənddəki meydana atan Nevin Yıldırım adlı qadına məhkəmənin kəsdiyi ömürlük həbs cəzası ləğv olunub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən cinayət işi yenidən yerli məhkəməyə göndərilib. Buna səbəb qadının bu cinayəti təkbaşına etdiyinə dair iddiaların şübhə doğurması ilə bağlıdı. Məsələ burasındadı ki, qaynı, qayınatası və öz atasının da bu işdə ona kömək etdiyinə dair şübhələr var. Hələ Nevinin məhkəməsi təzə başladığı vaxtda bu şəxslər də cinayət məsuliyyətinə cəlb edilib, lakin yetərli dəlillər tapılmadığı üçün onlar azadlığa buraxılıb. N.Yıldırım isə cinayəti tək, özü də necə törətdiyinə dair hər şeyi elə izah edib ki, bu işlə bağlı dindirilən 47 şahidin heç biri əlavə günahkarın olmasına dair şübhə yaratmayıb. Məhz bu üzdən məhkəmə 2012-ci ilin 29 avqustunda baş verən bu cinayətlə bağlı yekun qərarını 2015-ci ildə, martın 25-də açıqlayıb. Qadına ömürlük həbs cəzası verilib.

N.Yıldırımın vəkili bu cəzanın qadın üçün çox ağır olduğunu iddia etsə də, əks tərəf də cinayətin həddən artıq qatı amansızlıqla və aşkaranə şəkildə həyata keçirildiyini nəzərə alaraq, hətta ömürlük cəzanın da yetərsiz olduğunu bildirib. Məhz bu və cinayətdə digər iştirakçıların da əlinin olmasına dair şübhələr ali məhkəmənin yeni qərar çıxarmasına səbəb olub. İndi N.Yıldırımın cinayətdə əli olduğu şübhə doğuran digər qohumları da yenidən məhkəmə önünə çıxmalı olacaq.

www.yenicag.az

4504
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv