!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

OPEC nazirlər səviyyəsində toplaşır – Tarix açıqlandı

!Reklam – Yazi

OPEC-in nazirlər səviyyəsində görüşü may ayında keçiriləcək.

Yeniçağ.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib.

“Görüş hələ ki may ayına planlaşdırılıb. Əgər daha əvvəl toplaşmaq barədə təklif olmasa, görüş həmin tarixdə baş tutacaq”, -deyə nazir qeyd edib.

Xatırladaq ki, OPEC 2016-cı il noyabrın 30-da neft hasilatını gündəlik 1, 2 milyon barel azaltmaq barədə razılığa gəlib. OPEC-ə daxil olmayan 11 ölkə dekabrın 10-da neft hasilatını sutka ərzində ümumi olaraq, 558 min barel azaltmaq barədə razılaşıb.

Saziş 2017-ci ilin ilk yarımilliyi üçün nəzərdə tutulub.

Yeniçağ.az

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv