!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oqtay Əsədov Mövlud Çavuşoğlu ilə görüşdü

!Reklam – Yazi

Noyabrın 30-da Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, spiker bildirib ki, iki ölkənin xarici işlər nazirlərinin mütəmadi səfərləri və keçirilən görüşlər münasibətlərin strateji xarakter daşımasının əyani göstəricilərindən biridir. Azərbaycan-Türkiyə münasibətləri digər dünya dövlətləri üçün nümunə ola biləcək bir səviyyədədir.

Spiker Azərbaycan Prezidenti İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) IX Zirvə görüşündə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışında iştiraklarını xatırlayaraq, hər iki ölkənin qlobal əhəmiyyətə malik layihələrə imza atdığını söyləyib.

O. Əsədov vurğulayıb ki, Azərbaycan və Türkiyə strateji müttəfiq kimi çox uğurlu əməkdaşlıq edir: “Bizim əməkdaşlığımız və dostluğumuz dünyada baş verən proseslərdən və qarşıya çıxan təhdidlərdən asılı olmayaraq sarsılmazdır”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib, Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin görüşü, “İstanbul prosesi” kimi tanınan toplantı barədə fikirlərini bölüşüb. Qeyd edilib ki, bu cür tədbirlər çərçivəsində aparılan fikir mübadiləsi ümumi məqsədlərin reallaşması üçün yaxşı zəmin yaradır.

Nazir deyib ki, Azərbaycanla Türkiyə arasında əməkdaşlığın yüksək səviyyədə olması, qlobal layihələrin birgə həyata keçirilməsi, bölgənin tərəqqisi və təhlükəsizliyi baxımından çox önəmlidir.

Mövlud Çavuşoğlu parlamentlər səviyyəsində əlaqələrin daha da dərinləşməsinin xalqların mənafeyi naminə qarşıya qoyulan məqsədlərə çatmaq üçün birgə fəaliyyətə xidmət etdiyini söyləyib.

Görüşdə Parlament aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da daimi nümayəndə heyətinin başçısı Səməd Seyidov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak ediblər.

www.yenicag.az

1503
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv