yenicag.az

Oqtay Əsədovdan deputatlara – Xəbərdarlıq

Oqtay Əsədovdan deputatlara – Xəbərdarlıq

Müəllif: Redaktor

Editor

oqtay_e8Milli Məclisin sədri Oqtay Əsədov cəbhədə baş verən gərginliklə bağlı deputatlara xəbərdarlıq edib.

O. Əsədov deputatlara cəbhədə baş verənlərlə bağlı çıxışlarında diqqətli olmağı məsləhət görüb. O deyib ki, deputatların bəyanatları və çıxışlarındakı yanlışlıqlar pis nəticələr verə bilər: “Bundan başqa, mən dostluq qruplarının rəhbərlərinə tapşırıram ki, əməkdaşlıq etdikləri ölkələrdəki həmkarlarına məktublar göndərsinlər, həqiqəti onlara çatdırsınlar. Ad çəkməyəcəyəm, bu yaxınlarda bir ölkənin nümayəndə heyətinin rəhbəri xəritəni qabağına qoyub soruşur ki, Dağlıq Qarabağ hansı ölkənindir, Ermənistanındır? Belə biabırçılıqlar olmamalıdır. Biz aktiv çalışmalıyıq”.

O. Əsədov xəbər saytları və sosial şəbəkə istifadəçilərini də cəbhə xəbərləri ilə bağlı paylaşımlarında diqqətli olmağa çağırıb.

Fərəc Quliyevin Serj Sərkisyanın çıxışından bir neçə dəfə sitat gətirərək Ermənistan hakimiyyətinə qarşı kampaniya qurulması təklfinə Milli Məclisin sədri mənfi cavab verib: “Sarkisyandan tez-tez sitat gətirirsiniz, bu, düzgün deyil. Ermənistan hakimiyyəti başını itirib. İki gün qabaq Sarkisyan bəyanat verir ki, danışıqları dayandırır. Dünən isə onun xarici işlər naziri açıqlama verir ki, danışıqlara sadiqdirlər. Belə başını itirmiş adamdan nə çox sitat gətirirsiniz?..”(APA)

Gündəm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti